Ölkə futbolu
Namizədlərim (YAZI)
Hamı axtarışdadır. Gözəyarı hesablamalarıma görə, toyuq dönəri yeyənlərin tən yarısı, xaş yeyənlərin isə yarıdan çoxu millimizə baş məşqçi axtarır.
Yazsam inanmazsınız, hətta AFFA da əsas yığmamızın sükanını əcnəbiyə tapşırmaq üçün baş sındırır. Son günlərə qədər mən elə bilirdim AFFA futbolumuzla ümumiyyətlə heç maraqlanmır. Futbol nazirliyimizdə maaş alanlar da əgər bu axtarışa qoşulublarsa və xaricdən mütəxəssis çağırırlarsa, deməli vəziyyət uruscadır, nəsə təcili tədbir görmək lazımdır.
Amma iş elə gətirib ki, bizim, sizin tədbirimizlə məsələ həll olunmur, yekun sözü yenə səhər-səhər AFFA-da işə gedənlər deməli olur. Nə etməli, bizim də bəxtimiz-taleyimiz belə gətirib, AFFA qazandıqca futbolumuz itirir.
İndi yaxşı ki, camaatımız vətəndaşlıq mövqeyi göstərib əsas millimizə baş məşqçi axtarır. Cəmi bir-iki il öncə cibindəki son qəpiyini də SMS-ə xərcləyib müğənni, rəqqasə, canım sizə desin, meyxanaçı axtarırdı. Azca da olsa inkişaf edirik, maşallah.
Mən də vicdanlı vətəndaş kimi xalqımıza qoşulub futbol millimizə baş məşqçi axtarıram. Hər halda köhnə azarkeşlərdən sayılıram, “Bakı”nın, “MKT Araz”ın, “Şəmkir”in, “Karvan”ın, “Turan”ın, “Viləş”in, “Xəzər-Lənkəran”ın dəfn mərasimlərində iştirak etmişəm. AFFA-nın uzaq Almaniyada futbol məktəbi açdığını eşitmişəm, bu məktəbin ölkə futboluna xeyir verəcəyi barədə 333 məqalə oxumuşam, klublarımızda Müşahidə Şurası deyilən qurumu görmüşəm, “Səbail” - “Sabah” derbisindəki basabasda əsgərlikdən qalma mazolum tapdalanıb...
Bəri başdan deyim ki, mənim namizədim yerli mütəxəssislərdi. Axı mənim AFFA kimi əlim uzaqlara yetmir. Aşağıda millinin baş məşqçisi kimi görmək istədiyim namizədlərin adlarını açıqlayacam, niyə məhz onları bu məsul postda görmək istədiyimi izah etməyə çalışacam. Görək necə alınır...
Milli Məclisin üzvü Elman Nəsirov - Bütün mövzulardan danışır, futbolu bilməmiş olmaz. Millimizin mümkün məğlubiyyətlərini çox rahat şəkildə əsaslandıra bilər.
Xalq yazıçısı Çingiz Abdullayev - Əsərləri dünyanın müxtəlif ölkələrində çap olunur. “Neftçi”nin Müşahidə Şurasına rəhbərlik edəndə çox maraqlı fikirlər səsləndirib. Məncə baş məşqçi vəzifəsinin öhdəsindən də gəlməyi bacarar.
Fizioloq, tibb elmləri doktoru Rəşid Mahmudov - Populyar tibb mütəxəssisi. Sadə dildə və maraqlı danışmağı bacarır. Futbolumuzun belə bir həkimə ciddi ehtiyacı var.
Xalq artisti Səməd Səmədov - Zövqlə geyinir. Sənətçilər və jurnalistlərlə arada mini futbol oynayır. Yığmaya baş məşqçi təyin olunsa fikrimcə millinin geyiminə də bir düzən gələr.
“N-Brothers” qrupunun yaradıcısı, prodüser Namiq Qafarov - 3-4 nəfərdən qrup yaradıbsa 11 nəfərlik milli də formalaşdıra bilər məncə. Həmişə iddialı açıqlamalar verdiyindən diqqəti öz üzərinə cəmləyə bilir.
Polis zabiti Vaqif Əsədov - Mətbuat və ictimaiyyət üçün əlçatan səlahiyyət sahiblərindəndir. Yığmamızın sükanı arxasına keçsə, futbolçular qayda-qanuna əməl edərlər, millidə nizam-intizam da möhkəmlənər.
Müğənni Faytonçu Nazim - Sonuncu solo konsertinin adından belə başa düşdüm ki, Bakını çox sevir. Baş məşqçi kimi təsdiqlənsə millimiz ən azından öz meydanında uduzmaqdan utanar.
Gənc yazar Kəramət - İddialı gəncdir, bir anda gündəmi dəyişə bilir. Hər yerdə olduğu kimi, millidə də gənclərə imkan tanımaq lazımdır.
Müğənni Üzeyir Mehdizadə - Musiqi zövqümüzü korladı, deyirəm bəlkə futbol zövqümüzü bərpa edə bildi...
Aktyor Allahverdi Yolçiyev - Bir dublyaj filmində 28 obrazı səsləndirirsə, bir baş məşqçinin əvəzinə də danışar, nə çətin işdir ki?
Namizədlərim hələlik bu şəxslərdir. AFFA əsas futbol yığmamıza baş məşqçi axtarışını bir az da uzatsa, yeni siyahı da hazırlaya bilərəm. Bir incə detalı da qeyd edim, millimizin sükanı arxasında görmək istədiyim insanların əksəriyyətinin futbola bir o qədər də aidiyyəti yoxdur. Məncə bu, AFFA-nın işinə yaraya bilər. Futbolumuzu qaydaya salmaq adı ilə səhər-səhər ora işə gedənlər bu cür kadrları günün günorta çağı çıraqla axtarırlar. Bəlkə düz fikirləşmirəm?
Etibar Cəbrayıloğlu, modern.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:49
“Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır”
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
-
15:43
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
-
15:07
"Gəncə"də meksikalı məşqçi
-
14:32
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
14:16
"Naxçıvan"da yeni müqavilə
-
13:58
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu transfer etdi
-
13:25
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
-
12:41
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu: "Qurban Qurbanovla işləmək istəyirəm"
-
12:00
Basketbol millimiz Türkiyədə ikinci olub
-
11:39
Voleybol klublarımızın avrokuboklarındakı oyun proqramı bəlli olub
-
11:14
“Fiorentina” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:57
"Gəncə" Ülkər Kərimova ilə müqavilə imzalayıb
-
10:23
“Şalke” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:46
"Beşiktaş" "Ərzurumspor"a şans tanımadı VİDEO
-
23:45
Nəriman Axundzadənin komandası “Beşiktaş”la bacarmadı
-
22:23
Mahirin komandasından ilk qələbə
-
22:07
MOİK - "Şimal" matçında heç-heçə VİDEO
-
21:36
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
20:59
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:41
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
13.09.2026
12.09.2026
11.09.2026
























