28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ" Türkiyədə məşqə çıxdı

Qış toplanışı üçün dünən Türkiyəyə yollanan "Qarabağ" mövsümün ikinci yarısının hazırlığına start verib.
 
Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Antalyada ilk məşqinə çıxıb. Ötən ili zədə səbəbindən erkən başa vuran İnnosent Emeqara da məşqdə iştirak edib. Əvəzedici heyətin də bir neçə futbolçusu əsas komandayla birlikdə təlim-məşq toplanışında iştirak edirlər.
 
Qeyd edək ki, "Qarabağ" Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın "Paxtakor", 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31