25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Halldorsson "Qarabağ"dan ayrılır?

"Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə mövsümün ilk yarısını dəyərləndirərkən deyib.
 
İslandiya millisinin heyətində 2018-ci il dünya çempionatında iştirak edəndən sonra Danimarkanın “Randers” klubundan Ağdam təmsilçisinə keçən 34 yaşlı qapıçı zədəsinin ona problem yaratdığını söyləyib:
 
“Orda çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silvanın transfer edildi.
 
Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur". 
 
Bakıda "Sportinq"lə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən alldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb.
 
Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb.  Ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayan qolkiper sonda gələcək karyerası barədə götür-qoy etdiyini açıqlayıb: "İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30