29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Kollektivimizin dağılmaması üçün mübarizə aparıram"

Azərbaycan futbolunun gələcəyi U-21 yığmamıza baş məşqçi gələcəyi gözlənilən nə Milan Obradoviçdən, nə də A milli komandamıza gələcək baş məşqçidən asılı olmayacaq. Hər halda futbolumuzun gələcəyi elə uşaq futboludu. Daima uşaq futboluna diqqətilə seçilən “Əlincə”nin uşaq komandalarının vəziyyəti hazırda ürəkaçan deyil. U-12 liqasında mübarizə aparan “Əlincə”nin 12 yaşlı futbolçulardan ibarət komandası hazırda 19 komanda arasında 8-cidi. Komandanın baş məşqçisi İlkin Hacıyev Futbolxeber.az saytına müsahibəsində komandanın hazırkı durumu barədə danışıb:
 
- Hazırda komandanız U-12 liqasında 19 komanda arasında 8-ci pillədədi. Birinci dövrəni komandanız üçün uğurlu hesab etmək olar?
- Komandamız birinci dövrədə inandığımızdan və gözlədiyimizdən də yaxşı çıxış etdi. Səkkizinci pillədəyik və ikinci pillədəki komandadan da çox geri deyilik, aramızda cəmi dörd xallıq fərq var. Uşaqları düzgün yola yönəldirik. İnanırıq ki, ikinci dövrədə qarşımıza qoyduğumuz məqsədə maksimum dərəcədə çatacağıq.
 
- Komandada neçə futbolçu var? Oyunlar zamanı heyətinizin geniş olmaması sizə problem yaradır?
- Bəli, komandadan 13 uşaq var. Hardasa çətinliklərimiz olur. Əvəzetmələrdə çətinlik çəkirik. Bu yerlərə əziyyətlə gəlib çatmışıq. Vəziyyətimizin çətin olmasına görə uşaqları əlimizdə saxlamaq çətindi. 
 
- Azərbaycanda elə uşaq komandalar var ki, uşaq liqalarında belə çempionluğu əsas götürürlər. Bəs siz necə, çempionluğa oynayırsız, yoxsa əsas məqsədiniz ölkə futboluna futbolçu qazandırmaqdı?
- Məşqçiliyə başlayanda da qarşıma məqsəd qoymuşam ki, Azərbaycan futboluna xeyir verəcəm. Düzdü, uşaqların inkişaf etməsində nəticə də önəmlidi. Amma biz onlardan heç vaxt nəticə tələb etmirik. Bizim üçün bu dəqiqə uşaqları düzgün istiqamətə yönəltmək daha önəmlidi. 
 
- Hazırkı komandanızda gələcəyinə böyük ümidlər bəslədiyiniz uşaqlar var?
- Bəli, yaxşı uşaqlarımız çoxdu. Çətin anlar yaşasaq da, onları komandada saxlayırıq, inanırıq onlara. Kollektivi qoruya bilsək, elə bu kollektivlə irəliləsək az müddət sonra Azərbaycan futboluna xeyir verə bilərlər. İndiki komandamızda Avropada da oynaya biləcək uşaqlar var. Kollektivimizin dağılmaması üçün mübarizə aparıram. İnanıram ki, dağılmayacaq kollektivimiz.
 
- Valideynlərdən hər hansı dəstək var?
- Bəli, onlar da hər zaman dəstəkdi. Mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. Elə onların inamıdı ki, biz inkişaf etmişik, uğurlar qazanmışıq. 
 
- Səkkiz ildi ki, Azərbaycan futbolundasınız. Bu illər ərzində gördüyünüz nə oldu?
- Təbii ki, özüm üçün təcrübə də toplamışam. Azərbaycan futbolunda gənclərə üstünlük verilməsi sevindiricidi. Hazırda elə U-12 liqasında 19 komanda var və bu komandaların hər birində Azərbaycan futbolu üçün xeyirli olacaq oyunçular var. Bu da çox sevindirici haldı.
 
- “Əlincə”ni tərk etmək barədə düşünmüsüz?
- Hər zaman çalışmışam ki, perspektivli komandada olum. Uşaqlarımızın gələcəyi üçün, yaxşı şərait, təklif olarsa, uşaqların perspektivi üçün başqa komandaya getmək olar.
 
- Təklifləriniz var?
- Bu il yox. Geridə qoyduğumuz illərdə təkliflər olub. “Əlincə” rəhbərliyi ilə münasibətimiz həmişə yaxşıdı. Onlar da mənə deyiblər ki, həmişə hər şey yaxşı olacaq. Uşaqların gələcəyini burada yaxşı görmüşəm deyə, gələn təkliflərə yox demişəm.
 
- Təcrübə toplamaq üçün ölkə xaricinə yollanmaq barədə düşünürsən?
- Yaxın günlərdə “Göztəpə” klubuna yollanmaq planımıda var. Orada təcrübə toplaya bilərəm.
 
- Uşaq komandaları arasında hansı klublarımızın daha yaxşı durumda olduğunu, uşaq komandalarına daha yaxşı diqqət ayırdığını düşünürsən?
- “Zirə”, “Sabah” klublarında uşaq komandalarına diqqət yaxşıdı. Bu uşaqlarla hansı komandada olmaq istəyərdiniz, sualına versəniz deyərdim ki, “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalarda çalışmaq istədiyimi deyərdim.
 
- Təklif olacağı təqdirdə, uzun illərdi eyni uşaqlarl çalışdığınız uşaqları qoyub getmək çətin olmayacaq?
- Mənə çox təkliflər olub, ancaq ayrıca özümə olub. Amma mən hər zaman bu uşaqlarla getmək istəmişəm qabağa. Əgər təklif olarsa, bu uşaqlarla birlikdə gedəcəm. Əsas şərtim də bu olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31