19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Fransa yığmasının baş məşqçisi: "Azərbaycan da öz sözünü deyəcək"

"Seçmə mərhələnin oyunları sentyabrda başlayacaq. Əvvəlcə İsveçrə ilə qarşılaşacağıq. Son vaxtlar bu komanda çox yaxşı çıxış edir. Deyərdim ki, qrupda ən ciddi rəqibimizdir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Fransanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Silven Ripoll deyib. Yerli federasiyanın rəsmi saytına müsahibə verən 47 yaşlı mütəxəssis AÇ-2019-un seçmə mərhələsində qrupda qarşılaşacaqları rəqibləri dəyərləndirib:
 
"Qrupumuzdakı digər komandalar - Slovakiya, Gürcüstan, Azərbaycan və Lixtenşteyn də öz sözlərini deyəcək və uğur qazanmağa çalışacaqlar. Zəif rəqib yoxdur, hər biri özlüyündə bizə çətinlik yarada bilər. İndiki məqamda əsas hədəfimiz Avropa çempionatıdır. Bundan sonra gələcək haqda düşünmək üçün vaxt olacaq".
 
U-21 millimiz AÇ-2019-un seçmə mərhələsində Fransa ilə yanaşı, Slovakiya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30