28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ozobiç: "Qış fasiləsində yaxşı hazırlaşmalıyıq"

"Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsi:
 
- Başa çatmaqda olan 2018-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?
 
- 2018-ci ildən razı qaldım. İstərdim ki, 2019-cu il daha yaxşı olsun.
 
- Donald Gerye "Qarabağ"da ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Sizcə, haitili futbolçu buna layiq idi?
 
- Gerye həqiqətən də yaxşı futbolçudur. Əgər onu seçiblərsə, deməli, buna layiqdir. 
 
- Yeni ili harada qeyd etmək fikriniz var? Şaxta babadan hansı hədiyyəni istəyəcəksiniz?
 
- 2019-cu ili öz evimdə, ailəmlə birlikdə qarşılayacam. Artıq mənim hədiyyəmi alıblar.
 
- "Qarabağ" qış fasiləsinə ikinci pillədə yollandı. Komandanızın mövsümün ilk yarısındakı çıxışını necə qiymətləndirirsiniz?
 
- Normal çıxış etdik. Bəli, hazırda ikinci yerdəyik, ancaq qarşıda oyunlar çoxdur. Qış fasiləsində yaxşı hazırlaşmalıyıq. Mövsümün ikinci yarısına hazır olmalıyıq.
 
- Reynaldo yenidən "Qarabağ"a qayıtdı. Ona qarşı oynamış bir futbolçu kimi, necə düşünürsünüz, komandanı irəli apara bilər?
 
- Bəli, Reynaldonun oyununa bələdəm. Yaxşı futbolçudur. Yüz faiz əminəm ki, komandaya kömək edəcək.
 
- Azərbaycan AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupa düşüdü. Ölkənizdə millimiz haqda sizdən nəsə soruşurlar?
 
- Məndən soruşurlar ki, Azərbaycan millisi necə futbol oynayır. Onlara cavab verirəm ki, Azərbaycanı udmaq asan olmayacaq.
 
- Artıq Avroliqa mübarizəniz başa çatdı. Bütün diqqətiniz Premyer Liqada olacaq. Demək olarmı "Neftçi" üçün ilk pillədə qalmaq çox çətin olacaq?
 
- Düzdür, bizim oyun qrafikimiz çox sıx idi. Çoxlu matçlar keçirdik. Mən "Neftçi" haqda düşünmürəm. Yaxşı hazırlıq keçmək və baxımlı oyunlar göstərmək haqda fikirləşirəm. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31