24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qəbələ"dən 12 cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, ev oyununa çıxan U-19 Gənclər Liqasında “Keşlə”ni 5:0 hesabı ilə məğlub edib.
 
U-17 öz meydanında “Sabah”a uduzub - 0:1. ROİL-in (Bakı) qonağı olan U-16 səfərdən 12 cavabsız qollu qələbə ilə dönüb. “Qəbələ” U-15 Liqasında da 3 xala sevinib. Komanda “Qarabağ”la ev görüşündə qalib gəlib - 3:1.
 
Paytaxt zonasında çıxış edən U-14 “Şüvəlan”ı 4:2, U-13 isə İsgəndər Cavadov BFA-nı 8:0 hesabı ilə məğlub edib. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında oynayan U-12, U-11 və U-10 da növbəti matçlarına çıxıb. “UGİM Qəbələ” və “Qəbələ” arasında U-12 Liqasında keçirilən oyunda sonuncular 5 cavabsız qol vurub.
 
“UGİM”lə (İsmayıllı) görüşən U-11 meydandan 11 cavabsız qol və 3 xalla ayrılıb. Klubun U-10 Liqasındakı təmsilçilərindən ikisi də qalib gəlib. “UGİM Yevlax”la üz-üzə gələn “UGİM Qəbələ” 6:1, “UGİM Rabitəçi”ylə (Yevlax) qarşılaşan “Qəbələ” 5:1 hesablı qələbə əldə edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30