20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir"

Türkiyədə keçiriləcək “The children champion cup Lukoil” turnirində iştirak edəcək “İnter” U-12 komandasının baş məşqçisi Vaqif Hidayətov qarşıdakı yarış barədə fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, komandanın çalışdırıcısı turnirə hazırlıq barədə danışıb və Avropa klublarıyla gözlənilən nəticələr haqqında düşündüklərini paylaşıb: "Uşaqlarımız turnirə yaxşı hazırlaşdılar və hazırlıq çərçivəsində bir sıra yoldaşlıq oyunları keçirdilər. Düşünürəm ki, turnirə pis hazırlaşmadıq. Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir. Lakin biz yalnız iştirakla kifayətlənmək istəmirik. Komanda yaxşı nəticə əldə etməyi arzulayır, bunun üçün də özümüzü göstərməliyik. Ayın 12-də püşkatma keçiriləcək, bundan sonra qrupda qarşılaşacağımız komandaların adları məlum olacaq. Təsnifat qrup iştirakçılarının tərkibi güclüdür: təkcə “Qalatasaray” klubunun adını çəkmək kifayətdir. Bilirik ki, bizi asan sınaq gözləmir, ancaq “İnter”i və  Azərbaycan futbolunu layiqli təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Belə turnirlər uşaqlar üçün çox vacibdir və belə yüksək səviyyəli turnirdə iştirak etmək imkanı yaratdığına görə “İnter” rəhbərliyinə minnətdarlıq etmək istəyirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30