Ölkə futbolu
"Qarabağ" həmin oyunda Premyer Liqa futbolçularına üstünlük verdi"
"Qarabağ"ın sabiq futbolçusu, hazırda "Sabah"-2 komandasında baş məşqçi olan Vasif Haqverdiyev Futbolxeber.az saytına müsahibə verib:
- “Sabah-2” komandası I Divizionun ilk dövrəsini 9-cu pillədə başa vurdu. Komandanızda vəziyyət nə yerdədi?
- Komandada vəziyyət normaldı. Sözsüz ki, istəyərdik ki, ilk dövrəni yuxarı pillələrdə başa vuraq. Amma 3-cü yerdə gedən “Neftçi” ilə elə də böyük xal fərqimiz də yoxdu, onlar bizdən cəmi 4 xal irəlidədi. Mövsümün əvvəlində demişdim ki, bizim üçün nəticə o qədər də önəmli deyil. Rəhbərlik də qarşımıza başqa məqsədlər qoyub, strategiyamız tam fərqlidi. Oyunlarda gənclərə üstünlük veririk, əsasən də 2000-ci il təvəllüdlü futbolçulara. Düzdü, bəzi oyunlarda əsas komandamızda oyun praktikasından əziyyət çəkən futbolçuları da meydana buraxırıq, amma bu çox nadir hallarda baş verir.
- “Qarabağ-2” komandası ilə oyunda rəqib əsas heyətdən 6 oyunçu dəvət etmişdi. Hətta 36 yaşlı Ansi Aqolli də meydanda idi. Oyundan əvvəl belə bir vəziyyətlə qarşılaşacağınızı gözləyirinizmi?
- “Qarabağ-2” ilə oyun çox maraqlı keçdi. Gözləyirdim ki, daha çox gənclər oynayarlar o komandada. Amma həmin oyunda "Qarabağ" Premyer Liqa futbolçularına üstünlük verdi. Ancaq düşünürəm ki, bu oyunda bizim futbolçular qazandılar. Nəticə qazanmasalar da, yaxşı təcrübə qazandılar. Onlar Ansi Aqolliyə, Araz Abdullayevə, Coşqun Diniyevə, Abbas Hüseynova, Rahil Məmmədova qarşı oynamaq imkanı əldə etdilər. Uşaqlarda oyundan əvvəl özlərinə böyük inam var idi. İkinci hissədə meydanda 10 nəfərlə mübarizə apardıq. İmkanlarımız da var idi ki, hesabı bərabərləşdirək. Amma bu futboldu. Gəncdilər, təcrübələri imkan vermədi qol vurmağa.
- Komandanızdan 17 yaşlı Şakir Seyidov və 18 yaşlı Emil Qasımov artıq “Sabah”ın əsas komandasında oyunlara çıxırlar. Bu, mətbuatda da xüsusi qeyd olundu, alqışlandı. Araşdırdıqdan sonra məlum oldu ki, bu gənclər 4 ildir ki, sizin dəstəyinizlə bu yerlərə gəlib çıxıblar. Belə istedadlı gənclərə şans verilməsi təbii ki, sevindirici haldı. Ancaq o biri klublar nədənsə gəncləri meydana buraxmırlar. Sizcə bunun səbəbi nədir?
- Bizdə 3 futbolçu - Zahid Mərdanov, Emil Qasımov, Sakir Seyidov əsas komandada daha çox olurlar. Amma Zahid Mərdanov zədəli olduğu üçün hazırda müalicə alır. O da U-19 millisinin üzvüdü. Əsas komandada bizim 5 futbolçumuz debüt edib. Elçin Mustafayev, Zahid Mərdanov və Tolqar Yaqubov da kubok oyununda ilk oyunlarına çıxmışdılar. Daha bir neçə futbolçumuz da var ki, onlar da gələcəkdə əsas komandaya qoşula bilərlər. Sadəcə olaraq, onların adlarını çəkmək istəmirəm. Hər şey futbolçuların özlərində asılıdı, onlar özlərini sübut etməlidilər. Sağ olsun həm komandamızın baş məşqçisi Elşad Əhmədov, həm də klub rəhbərliyi ki, həmişə dəstək verirlər uşaqlara. Bu çox önəmli məsələdir. Gənclərə şans yaradılmalıdır ki, onlar da özlərini isbatlaya bilsinlər.
Digər klublar haqda bir söz demək düzgün olmazdı. Hər klubun öz strategiyası var. Amma gənclərə də üstünlük vermək lazımdır. Deyirik ki, aşağıdan futbolçu gəlmir. Əgər bu gənclər Premyer Liqada oyun oynamayacaqlarsa, təbii ki, sabah millidə oynatmağa futbolçu tapmayacağıq.
- Sosial şəbəkələrdə Şakir Seyidovun “Bakı”nın, Emil Qasımovun Ağstafa futbol məktəbinin yetirməsi olduğu deyilir. Amma bildiyimiz qədər bu uşaqların inkişaf yolu sizin “Əlincə” klubuna keçidinizlə başlayıb...
- Bu futbolçularla 4 il öncə “Əlincə”də işləmişik. Daha sonra kollektiv şəkildə “Vətən”ə, daha sonra “Səbail”ə getmişik. Sadaladığım komandalarda uğurlarımız olub. Bilirsiz, futbolçunun istedadı olur, biz məşqçilər də onları müəyyən istiqamətdə yönləndiririk. Bu mövzuda bir fikir bildirmək istəmirəm. Çünki futbolçular özləri daha yaxşı bilirlər ki, hansı məşqçinin onun üzərində əziyyəti nə qədərdi. Mən ilk növbədə bu uşaqlara məşqçilikdən də öncə, böyük qardaş olmuşam, onlara öz məsləhətlərimi vermişəm. Həm tərbiyə baxımından, həm də həyatda düzgün yol seçmək baxımından həmişə dəstək olmuşam. Şakir Seyidov “Əlincə”yə “Bakı” klubundan gəlmişdi. O vaxt “Bakı” klubunda problemlər yenicə başlayırdı və mən Şakirin istedadını görüb, onu komandaya götürdüm. Emil Qasımov mən “Əlincə”yə gələndə artıq komandada idi. Tolqar Yaqubovu “Qəbələ”dən uzaqlaşdırmışdılar, zədəsi var idi, zədəsini müalicə elətdirdik, gözlədik ki, zədəsi sağalsın və təzədən onun üzərində işlədik. Həmçinin Eldost Qiyasbəyli də “Qəbələ”dən gəlmişdi və o da zədəli idi, müalicə olundu və zaman-zaman ona öz formasını bərpa eləməyə yardım etdik. “Əlincə” klubunda olan şərait də bu gənclərin inkişaf etməsində böyük rol oynadı, bunu da qeyd etməliyəm.
- U-19 millimiz Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazandı. Millimizin şanslarını necə qiymətləndirərdiz?
- U-19 millimiz Gürcüstandakı seçmə mərhələdə böyük bir xarakter göstərdi. Bizim futbolçuların da bu uğurda əməyi oldu. Təbii ki, bir məşqçi kimi buna sevinirəm. Emil və Zahid qol vurdu, Şakir qol ötürməsi verdi. Amma mən futbolçularıma demişəm ki, bununla kifayətlənmək olmaz, davamı gəlməlidi. Düşünürəm ki, maksimum çalışacaqlar ki, bu mərhələni də keçsinlər. Məncə, sırf xarakterin hesabına elit-raund mərhələsində də yaxşı nəticə əldə edə bilərlər. Futbolçularımla da söhbətimiz olub bu barədə, inamlıdılar.
- Final mərhələsi Ermənistanda keçiriləcək. Futbolçularla bu barədə danışmamısız ki?
- Əslində, bu barədə danışmamışıq. Amma düşünürəm ki, final mərhələsinin Ermənistanda keçirilməsi onlara daha yaxşı motivasiya ola bilər. Düşünsələr ki, Ermənistanda Azərbaycan bayrağını qaldırmaq uğrunda mübarizə aparırıq, onda bu mərhələ oyunlarında yaxşı nəticələr əldə edə bilərlər.
- Klublardan ilk siz gənc futbolçulara şans verməklə diqqət mərkəzinə düşdüz. Necə düşünürsüz, əsas millidə belə gənclərə şans vermək müsbət effekt verə bilərmi?
- Millidə gənclərə də şans vermək lazımdı, amma birdən-birə yox. İlk növbədə bu gənclərə öz klubları güvənməli, şans verməlidilər ki, milli komandanın baş məşqçisi də görüb dəvət göndərsin. Yəni, bu gənclər ilk növbədə Premyer Liqa oyunlarında əsas heyətdə oynamalıdılar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:24
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
09.10.2026
08.10.2026
07.10.2026
























