25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Zirə" üçün 20 futbolçu

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionatının ən yüksək dəstəsində 4-cü mövsümünü keçirən “Zirə” qış fasiləsinə qədər 14 oyun keçirib.
 
Bu matçların birinin – “Səbail”lə görüşün nəticəsi ləğv edilib. Digər 13 qarşılaşmada “Qartallar”ın heyətində 20 futbolçu iştirak edib. Qapıçı Anar Nəzirov bütün oyunlarda iştirak edən yeganə futbolçudur. 13 oyunun hamısına kapitan kimi başlayan qolkiper yalnız bir dəfə əvəzlənib. Adil Nağıyevlə Sadio Tounkara hərəyə 12 oyunda şans qazanıb. 
 
Mövsümün ilk yarısında “Zirə”nin 8 futbolçusu qol sevinci yaşayıb. Komandanın ən yaxşı bombardiri Mirsahib Abbasovdur. Onun hesabında 3 qol var. Tellur Mütəllimovla Aleksandr Dedov hərəyə 2 dəfə fərqlənibsə, digər 5 oyunçu 1 qolun sevincini yaşayıb.
 
Qeyd edək ki, nəticəsi ləğv olunan görüşdəki oyun və qol sayında nəzərə alınmır, vərəqələr isə futbolçuların passivində qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30