12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

Davor Şuker: "Buna görə Azərbaycanla oyunun Zaqrebdə keçirilməsinə qərar verdik"

"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.  
 
Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın sakinlərinin millinin oyunlarına maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyev şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da gündəmdədir".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31