29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elşad Əhmədov: “Bunu iclasdan sonra açıqlayarıq”

"Gərgin oyun keçdi. Məğlubiyyətin əvəzini çıxmaq istəyiridk. Futbolçular tam da olmasa, 70-80 faiz güclərini qoydular. Əsas əzmkarlığı qeyd edərdim ki, bu gün meydanda onu gördük. Ancaq taktiki planda çatışmazlıqlar oldu. Ən böyük problemlərimizdən biri odur ki, hücumda top qalmır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə cavab oyunundan (0:1) sonra mətbuat konfransında deyib.

- Filip İvanoviçin oynamamağı Qəbələdəki görüşdə etdiyi səhvlə bağlı idi?

- Yox. Sadəcə, həmin matçda zədələnmişdi.

- "Neftçi"dən ayrılan Rəşad Eyyubovun "Sabah"a keçməsi xəbəri doğrudur?

- Belə bir söhbət var. Konkterləşdirək, təklifimizi edəcəyik.

- Demişdiniz ki, gedənləri müəyyənləşdirmisiniz. Onların adlarını açıqlaya bilərsiniz?

- Onu sabah deyərik. İclasımız olacaq, bundan sonra açıqlayarıq.

- Antalyada təlim-məşq toplanışınız fərqlidir. Hamıdan tez gedirsiniz və hamıdan çox qalırsınız...

- Buna görə belə etdik ki, burda qalmağa yerimiz yoxdur. Ona görə elə Antalyada yığışmağı üstün tutduq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31