23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin rəqibi: "Biz həmin səhvi etməyəcəyik"

AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən Macarıstan yığmasının baş məşqçisi Marko Rossi eyni qrupda yer aldıqları rəqibləri dəyərləndirib.
 
Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis milli komandamız haqda da danışıb. O bildirib ki, Azərbaycan istənilən rəqibə xoşagəlməz sürpriz edə bilər:
 
"Beşinci səbətdən qrupumuza düşən Azərbaycan haqda da danışmaq istərdim. Adətən onlar zəif komanda hesab olunurlar. Amma istənilən rəqibə xoşagəlməz sürpriz edə bilərlər. Xüsusilə də bu yığmaya hörmət etməyən komandalara. Bir şeyə zəmanət verə bilərəm ki, biz həmin səhvi etməyəcəyik".
 
Qeyd edək ki, millimiz seçmə mərhələdə Macarıstanla yanaşı, Xorvatiya, Uels, və Slovakiya ilə birlikdə E qrupunda mübarizə aparacaq. Yığmamız macarlarla ilk oyunu gələn il iyunun 8-də Bakıda keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30