28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hakimi söydülər və cəzalandılar

AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda təhqirə yol verənlərlə bağlı qərarlarını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Region Liqasının “Ağsu Siti” – “İmişli” oyununda qonaqların futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının “Səbail” – “Xəzər Lənkəran” matçında isə qonaqların futbolçusu Məhəmməd Ağazadə “fərqlənib”. O, hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.
 
U-15 Liqasının “Qarabağ” – “Zirə” görüşündə isə qonaqların oyunçusu Mahmud Ağayev rəqibi təhqir edib. Onun cəzası 2 matçdan ibarət olub.
 
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran”  – “Obolon” matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Nominal meydan sahibinin çalışdırıcısı Elşən Ağaverdiyevin hakimi təhqir etməsi ona ağır başa gəlib. Məşqçi 5 oyun cəzalanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31