26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Keşlə" Zaur Axundov və Kamran Ağayevə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar çıxarılıb.
 
“Zirə” - “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
 
“Neftçi” - “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.
 
“Qarabağ” - “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30