25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

BATE-nin baş məşqçisi "Qarabağ"ın oyununu izləyəcək

"Həmişə olduğu kimi, sakit idim, amma proseduru maraqla izlədim. "Arsenal" düşə biləcək rəqiblər arasında ən güclülərdən biri idi. Rəqibin necə komanda olduğunu yaxşı bilirik. Unai Emeri 3 dəfə Avropa Liqasını qazanmış baş məşqçidir. Bu da hər şeydən xəbər verir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa deyib.
 
37 yaşlı mütəxəssis Avropa Liqasının 1/16 final mərhələsinin püşkünü dəyərləndirib. Borisov klubunun baş məşqçisi bu mərhələdə üz-üzə gələcəkləri "Arsenal"ın "Qarabağ"a qarşı keçirdiyi oyunlarını izləyəcəklərini deyib: "Ötən il "Arsenal"a qarşı oyunlarıdan müəyyən təəssüratlarım var. Ancaq indiki komanda xeyli fərqlidir. Rəqibimiz barədə ən çox informasiyanı qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunlardan öyrənə biləcəm. Çünki biz ÇL-in təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmışdıq. "Arsenal" xeyli irəli gedib. Onlar Premyer Liqada ötən tura kimi 22 oyunda uduzmamışdılar".
 
Qeyd edək ki, BATE "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmışdı. Borisovlular Bakıda 1:0 hesabı ilə qalib gəlmişdi, evdə isə 1:1 hesablı heç-heçə edərək, təmsilçimizi mübarizədən kənarlaşdırmışdı. "Arsenal" isə Avropa Liqasının qrup mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib (3:0, 1:0).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30