19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov və məşqçilər milli üzvləri ilə görüşdülər

AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, baş katib Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov yığmamızı Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb.
 
Futbolçulara məlumat verilib ki, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. U-19-un üzvləri təcrübəli mütəxəssisi bununla əlaqədar təbrik ediblər.
 
Həmçinin, bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə komandanın məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub və qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.
 
Xatırladaq ki, U-19 yığmamız 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30