24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Keşlə" Kamran Ağayevlə bağlı bəyanat yaydı

"Keşlə” komandanın qapıçısı Kamran Ağayevin Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ”a qarşı keçirdikləri oyundan sonra hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə yazılan xəbərlələ bağlı bəyanat yayıb.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bəyanatda qapıçının qeyri-etik hərəkətlərə yol vermədiyi və sadəcə, hakimlərə xahişini çatdırdığı bildirilir:
 
"16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ" - "Keşlə” matçından sonra "Keşlə"nin futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılıb. Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməyib, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışıb.
 
Bu hadisə "Keşlə"nin Müşahidə Şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yaynmayıb və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb edib. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.
 
Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyinin xırda nöqsanlar istisna olmaqla “Qarabağ" - "Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdu və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30