18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Avroliqa-2019: Könüllülük proqramına start verilir

Bakıda keçiriləcək 2019-cu il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Könüllülük proqramına start verilir.
 
Futbolxeber.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar ilk tədbir bu gün Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla başlanacaq. Ümumilikdə 25 dekabradək 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük proqramının təqdimatı təşkil olunacaq.
 
"Avropa Liqası Final 2019”un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.
 
Könüllü olmaq istəyən şəxslər ilkin olaraq, gələn il yanvarın 31-dək https://finalbaku2019.az/volunteers linkinə daxil olaraq müraciət ərizəsini doldurmalıdır.
 
Ərizə formasını doldurmuş şəxsləri 6 yanvar – 28 fevralda "Avropa Liqası Final 2019”un Könüllü komandası müsahibəyə dəvət edəcək. Seçiləcək könüllülər üçün aprelin 1-dən təlimlərə start veriləcək. 1 ay müddətini əhatə edəcək təlimlərdən sonra könüllülər final oyununun təşkili ilə bağlı müvafiq şöbələrdə fəaliyyətə başlayacaqlar.
 
Könüllülük proqramına qoşuılmaq üçün yalnız Azərbaycandan deyil, digər ölkələrdən də müraciətlər qəbul olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30