28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"ın rəqibini tanıyaq

QADINLAR DÜNÜNDƏ DÜNYAYA GƏLƏN "QARTALLAR"

Avroliqanın play-off mərhələsində "Qarabağ" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, Frankfurt təmsilçisinin əsası 1899-cu il, martın 8-də qoyulub. Komanda tarixində 1 dəfə - 1959-cu ildə Almaniya çempionu olub. 4 dəfə (1974, 1975, 1981, 1988) ölkə kubokunu qazanan "Qarabağ"ın rəqibi 2 dəfə də (1969, 2006) finalda uduzub. Komanda 1980-cı ildə UEFA, 1966/1967 mövsümündə isə İntertoto Kubokunun qalibi olub. 1960-cı ildə Avropa Çempionlar Kubokunda (indiki Çempionlar Liqası) finala adlayan almanlar həlledici qarşılaşmadan məyus ayrılıblar.

"Qartallar" ev oyunlarını 51500 tamaşaçı tutumuna malik olan "Коmmertsbank Arena"da keçirir. Klubun prezidenti Heribert Bruxxagen, baş məşqçisi Armin Fe, kapitanı isə isveçrəli Pirmin Şveqlerdi. Son mövsümdə "Ayntraxt" bundesliqada altıncı yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31