19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

Topaz Premyer Liqasında 2018-2019-cu illər mövsümünü başa vuran “Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin hazırlığını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Sabah”la ilk oyuna Bakıda hazırlaşır. XIV turun “Səbail”lə dekabrın 9-da keçirilən səfər matçından (0:0) sonra paytaxtda qalan komanda məşqlərini ara vermədən sürdürür. Dünən bərpa edici hazırlıq keçən futbolçular bu gün meydanda məşq edib. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” klubunun bazasında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
 
Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Sabah” oyunu dekabrın 16-da baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 14:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30