20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" beş qolla qazandı

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Gənclər Liqasında çıxış edən U-19 səfərdə “Zirə”yə qalib gəlib - 2:1. “Neftçi”ni PFK qəbul edən U-17 isə 1:3 hesabı ilə uduzub. “Viləş”lə səfər oyununa çıxan U-16 böyükhesablı qələbə əldə edib – 5:0. Evdə “Sabah”la qarşılaşan U-15-in görüşü qolsuz başa çatıb.
 
“Qəbələ”nin iki komandası paytaxt zonasında qüvvəsini sınayıb. U-14 “Zirə”ni 2:0 hesabı ilə məğlub edibsə, U-13 “Neftçi” İK İB ilə heç-heçə edib - 2:2.
 
Klubun aşağı yaş qrupları üzrə komandaları isə Şimal-Qərb və Qarabağ zonasının Qəbələdəki oyunlarında iştirak edib. U-12 Liqasında “Qəbələ” UGIM “Rabitəçi”ni (Yevlax) 5:0 hesabı ilə yenib. UGİM-lə (Yevlax) qarşılaşan UGİM “Qəbələ” meydandan xalsız ayrılıb – 0:3. U-11 komandası UGİM “Rabitəçi” (Yevlax) üzərində 3:2 hesablı qələbə qazanıb. U-10 Liqasında “Qəbələ”nin hər iki təmsilçisi qələbə əldə edib. UGİM “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 3:1, “Qəbələ” UGİM-i (Yevlax) 10:1 hesablı məğlubiyyətə uğradıb.
 
Qızlardan ibarət komanda isə Yüksək Liqada “Qubek”ə (Balakən) uduzub – 0:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30