Ölkə futbolu
"Sumqayıt"ın baş məşqçisi: "İki futbolçu ilə razılıq əldə etmişik"
I Divizion ekvator xəttinə çatdı. 13 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edən "Sumqayıt-2" qış çempionudur. Arxada qalan turlar ərzində 10 qələbə və 3 məğlubiyyətə imza atmaqla uğurun əsas pay sahibi olan komandanın baş məşqçisi Elbrus Məmmədov klubun rəsmi saytına müsahibə verib.
Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Öncə "Sumqayıt-2"nin qış çempionu olması münasibəti ilə sizi təbrik edirik. Mövsümün əvvəlində qış fasiləsinə qədər bu nəticəni gözləyirdinizmi?
- Fürsətdən istifadə edib, bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Açığı, komandama inamım böyük idi. İlk gündən məqsədimiz gözəl oyun sərgiləmək olub. Çünki, gözəl futbol nümayiş etdirəcəyin halda nəticə özü gələcək. Şükürlər olsun ki, gördüyümüz işin bəhrəsini bura qədər gördük. Çempionatın ilk dövrəsini çempion kimi başa vurduq. Lakin bu hələ heç bir şey demək deyil. Qarşıda bizi daha çətin ikinci mərhələ gözləyir. Bir ailə olub mövsümün sonunda da bu uğuru təkrarlamaq istəyirik. Uzun sözün qısası, biz indikindən daha çox işləməliyik.
-Əvəzedicilərin dövrələrarası fasilədəki planları necə olacaq?
- Artıq növbəti dövrə üçün planlarımızı müəyyənləşdirmişik. Yanvarın 7-dən etibarən hazırlıqlarımıza start verəcəyik. Bu müddət ərzində təlim-məşq toplanışı da keçməyi planlaşdırırıq. İnşallah tezliklə klubun rəhbərliyi ilə hazırlıq mərhələsi üçün fikir mübadiləsi aparacağıq. Hazırlıq mərhələsində 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq.
- Komandadan ayrılacaq və kollektivə qoşulacaq futbolçular olacaqmı?
- Əlbəttə. Artıq bir müddətdir ki, bəzi futbolçularla danışıqlara başlamışıq. 2 yeni futbolçu ilə razılıq əldə etmişik. Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq. Bizi qarşıda daha çətin ikinci dövrə gözləyir. Bu səbəbdən boşluq hiss etdiyimiz mövqeləri gücləndirmək əsas işimiz olacaq. Təxminən 4-5 yeni futbolçu ilə güclənəcəyik. Hazırkı heyətdən də bəzi futbolçularla da yollarımızı ayrılacağıq.
- Bir baş məşqçi kimi, "Sumqayıt-2"nin əsas komanda üçün arxada qalan yarım mövsüm ərzində hansı işləri gördüyünü deyə bilərsiniz?
- Bildiyiniz kimi, Sumqayıtda futbolu sevirlər. Bu şəhərdə futbola maraq olduqca böyükdür. Allaha şükürlər olsun ki, klub rəhbərliyi bizlər üçün hər bir şərait yaradıb. Mövsümün əvvəlində yenidənqurma ilə əlaqədar stadion problemimiz olsa da, indi bu çətinliyinmiz yoxdur. İkinci komanda olaraq daim əsas komanda üçün çalışmışıq. Əlimizdən gələni edirik ki, "Sumqayıt-2"dən daha çox prespektivli futbolçular əsas komandaya çağırılsın. Əsas komandanın baş məşqçisi Ayxan Abbasovla daim əlaqədəyik. Artıq 4-5 futbolçu haqqında əsas komandanın yeni məşqçi korpusuna bilgilər də vermişəm. Mütəmadi olaraq bir neçə futbolçumuz əsas komanda ilə məşq proseslərində iştirak edir. "Sumqayıt-2"nin 2 üzvü Rüfət Abdullazadə və Elvin Dəmirov "Qaradağ Lökbatan"la baş tutan kubok qarşılaşmasında meydana çıxıb. Abdullazadə isə neçə oyundur ki, əsas komandanın qarşılaşmaları zamanı 18 nəfərlik siyahıda yer alır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək