29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Ağasəlim Mircavadov: "Məgər, bilmirdilər ki, Alveşi saxlamaq lazımdı?"

 

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis müsahibəsində dünən dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Portuqaliya oyunu haqda danışıb.

- Dünən milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxdı. İlk növbədə istərdik Portuqaliya ilə oyun haqda fikirləriniz öyrənək.

- Millinin oyununa stadiondan canlı baxdım. Amma bu haqda danışmaq ağırdı. Komandamızda sanki ilk dəqiqələrdən həyəcan var idi. Halbuki rəqib oyunun əvvəlində bizimkiləri çox da həyəcanlandırmırdı. Düzdür, onları komandamızı topsuz qoyaraq, yorurdular. Lakin futbolçular meydanda yaxşı işləmədilər. Xüsusən də qısa ötürmələrdə çoxlu səhvə yol verirdik.

- Uğur qazanmaq üçün komandamızda nə çatışmadı?

- Komandamız sanki meydana top buraxmamaq üçün çıxmışdı. Halbuki rəqibin kimliyindən asılı olmayaraq, uğur qazanmaq haqda düşünmək lazımdı. Uğur qazanmaq üçün isə qol vurmaq lazımdı. Amma komandamız sadə epizodlarda səhvə yol verirdi. Tez-tez top itirirdik. Əgər, rəqib qapıya zərbə yoxdursa, o zaman necə qol vura bilərik?

Həmçinin millimizdə komanda ruhu da yox idi. Mən ona görə deyirdim ki, komandamız Lüksemburqda qələbə qazanmalıdır. Lüksemburqdan qələbə ilə dönsəydik, Portuqaliya ilə oyunda işimiz bir qədər asan olardı. Düzdür, futbolçularımız istəyirdilər ki, qələbə qazansınlar. Amma istəklə iş bitmir. İsrail - Portuqlaiya oyununa televizordan baxırdım. İsrailli futbolçuların sifət cizgilərindən görünürdü ki, onlar meydana vuruşmaq, qol vurmaq üçün çıxıblar. Dünən stadiona da xeyli azarkeş gəlmişdi. Yığmanı dəstəklədiklərinə görə azarkeşlərə də öz təşəkkürümü bildirirəm.

- Sizcə, Rauf Əliyev qırmızı vərəqə almasaydı, millimiz xal qazana bilərdi?

- Bu haqda dəqiq söz demək çətindi. Amma uğursuzluğa görə qırmızı vərəqəni də bəhanə etmək lazım deyil. Məni düşündürən başqa məqamdı. Rəqib hesabı açarkən, Bruno Alveş qapımıza yol tapdı. Bu oyunçu Braqada baş tutan ilk oyunda da qapımıza qol vurmuşdu, bir nüçə gün əvvəl İsraillə oyunda da eyni epizoddan fərqlənmişdi. Məgər, bilmirdilər ki, Alveşi saxlamaq lazımdı? Ona qarşı 1 nəfər fərdi şəkildə oynamalı, hər standart epizod zamanı diqqətli olmalı idi. Lakin bizimkilər Alveşin qarşısını ala bilmədilər.

- Oyundan sonra Foqts özü də qırmızı vərəqə amilini önə çəkdi. Amma futbolçu meydandan heç nədən qovulursa, deməli, komandada nizam-intizam aşağı səviyyədədi.

- Bir var daxili nizam-intizam, bir də var oyun nizam-intizamı. Bunlar bir-birinə sıx bağlı olan məqamlardı. Mən düşünmürən ki, əbəs yerə vərəqə alan Rauf Əliyev və ya Vüqar Əliyev intizamsız futbolçulardı. Bu daha çox həyəcandan irəli gəlirdi. Onlar sanki səhv etməkdən çəkinirdilər. Amma razıyam ki, Rauf vərəqələri heç nədən aldı. Birinci epizodda nəyə görə rəqibin qarşısını kəsirsən axı? Qoy, vursun da. İkinci epizodda isə hakim düzgün qərar verdi.

- Ağasəlim müəllim, sizcə, Foqtsun ilk "11-liy"i nə qədər düzgün idi? Hər halda, daim cinahda oynayan Cavid Hüseynovdansa dayaq yarımmüdafiəçisi mövqeyində Rahid Əmirquliyevi oynatmaq olardı...

- Fikrinizlə, razıyam. Amma biz komandadan kənardayıq. Bəlkə də Foqts düşünüb ki, Cavid əmzkar futbolçudu, meydanda vuruşur. Ola bilər buna görə də ona meydanın mərkəzində şans vermişdi. Mən dünən Elvin Məmmədovun oyununu bəyənmədim. Halbuki hər zaman qeyd etmişəm ki, Məmmədov çox istedadalı futbolçudu. Onda yarımmüdafiəçiyə lazım olan bütün keyfiyyətlər var. Amma nədənsə dünənki oyun heç özünə bənzəmirdi.

- 6 oyundan sonra milli komandamızın aktivində 3 xal var. Cari seçmə mərhələdə yığmamız nəyə ümid edə bilər?

- Milli komandamız mərhələdən-mərhələyə inkişaf etməlidi. Komanda daha çox təcrübə toplamalıdı, oyunçular toplanışlarda iştirak etməlidirlər. Amma bizdə deyirlər ki, bu tsikldə 5 xal yığmışıqsa, gələn mərhələdə mütləq 6 xal yığmalıyıq. Bu, düzgün yanaşma deyil. Uğur qazanmaq üçün yığmanın çalışdırıcısı klub məşqçiləri ilə tez-tez görüşüb, onlarla söhbət etməli, futbolçuların hazırki durumları ilə yaxından maraqlanmalıdır. Mən milli komandada çalışarkən hətta Gəncəyə də gedirdim. İnanın ki, məni AFFA göndərmirdi, öz hesabıma gedirdim. O vaxt yığmada "Kəpəz"dən Xaliq Mərdanov, Mahmud Qurbanov və başqaları çıxış edirdi. Buna görə də ora gedib, futbolçuların vəziyyətləri ilə yaxından maraqlanırdım. Biz belə görüb, götürmüşük. Hələ SSRİ vaxtı "Neftçi"də işləyəndə Bışovets bizimlə tez-tez görüşür, futbolçular haqda məlumat toplayırdı. Mən hələ "Xəzər Lənkəran"da işləyəndə Foqtsa təklif etdim ki, dəyirmi masa olsun, tez-tez görüşüb, müzakirələr aparaq. Amma o istəmədi. Bildirdi ki, lazımı məlumatları telefon vasitəsilə alacaq.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31