19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Karikari: "Ehtiyatda oturmağımın səbəbi Mirabdullanın yaxşı formada olmasıdı"

Topaz Premyer Liqasının 14-cü turunda "Neftçi" evdə "Sumqayıt"la 0-0 hesablı heç-heçə edib. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra meydan sahiblərinin hücumçusu Kvame Karikari jurnalistlərə müsahibə verib. 26 yaşlı qanalı forvard öncə oyunla bağlı danışıb:
 
 - Məncə, çox çətin oyun oldu. Biz əlimizdən gələni edirdik. Bizim imkanlarımız oldu, bəxt üzümüzə gülmədi. Qələbə üçün əlimizdən gələni etdik".
 
-  “Sumqayıt” oyuna 5 müdafiəçi ilə başladı. Matçın gedişində isə 7 müdafiəçi ilə oynadılar. Buna münasibətin necədir?
 
- Düz vurğuladınız. Biz bu gün xal itirdik. Lakin müsbət tərəflərə də baxmalıyıq. Bir xal qazanmışıq, növbəti oyunları düşünməliyik.
 
- “Neftçi”yə böyük ümidlərlər gətirilsən də, kölgədə qalmısan. Özünü göstərə bilmirsən. Bu gün də meydana daxil olandan sonra qol vura bilmədin. Problem nədədir?
 
- Bilirəm ki, “Neftçi”yə böyük ümidlərlələ gətirilmişəm. Çox çalışırdım ki, komandaya faydalı olum. Mən qol vurmalı idim, ancaq alınmadı. Oyuna məni buraxırlar ki, fəallıq edim. Bəlkə də mənə meydanda daha çox vaxt lazım idi ki, özümü göstərə bilim. Bəzi səbəblər də  var. Mirabdulla Abbasov bu mövsümü əla keçirir. Əsas hücumçu məhz odur. Bu gün mənim qol vurmağa imkanlarım da olmadı. Ehtiyat skamyada oturmağıma səbəb Mirabdulla Abbasovdur. O, mövsümü əla keçirir.
 
- “Balıkesirspor”da oynayanda daha çılğın idin. Ancaq “Neftçi”də çox həvəssiz görünürsən. Sanki könülsüz oynayırsan. Azərbaycan çempionatını bəyənmirsən, yoxsa burada istədiyin atmosferlə rastlaşmadın?
 
- Mənə vaxt lazımdır ki, özümü sübut edim. Türkiyədə atmosfer başqadı. Orada futbola fərqli cür yanaşılır. Burada mənə şans verilməlidi ki, özümü sübut edim. Ancaq mən istədiyim dəqiqələri ala bilmirəm. Arzuladığım qədər oynamıram.
 
- Belə davam etsə, “Neftçi”dən ayrıla bilərsən?
 
- Mən komandadan getmək istəmirəm. “Neftçi”də iz qoymaq istəyirəm. Öz oyunçu keyfiyyətlərimi itirməmişəm. Özümü sübut etmək istəyirəm.
 
- “Qarabağ”la xal fərqi artıq üç oldu.
 
- Biz vuruşmalıyıq, oyunumuzu göstərməliyik. Xal üstünlüyümüzü geri qaytarmalıyıq. Əgər çalışsaq, əminəm ki, bizdə hər şey alınacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30