20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" qış fasiləsindən sonra .."

"Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki gedişləri gerçəkləşdirməli idik. Belə gedişlərin üzərində həm məşqlərdə, həm nəzəri hazırlıq zamanı çox çalışmışdıq. Oyundan razı qaldım. Həmin elementləri meydançada reallaşdırsaq da, qol imkanlarından yararlana bilmədik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri oyundan(0:0) keçirilən mətbuat konfransında deyib. 38 yaşlı çalışdırıcı qış fasiləsindən sonra komandasının qələbələr sıralayacağını səyləyib:
 
"Rəqibin də fərqlənmək şansları oldu. Bu da normal haldır. Biz daha çox qələbə qazanmaq istəyirdik ki, xal fərqi böyüməsin. Nəticə qane etməsə də, oyun ümid verdi. Sevindiricidir ki, rəqibin analizinə əsasən verilən tapşırıqları futbolçular düzgün başa düşüb yerinə yetirdi. Qol imkanlarımız da bunlara əsasən yarandı. Təəssüflər olsun ki, həmin epizodları qola çevirə bilmədik. Qarşıda mövsümün ikinci yarısı var. Bu, bizim ilk yarıda son oyunumuz idi. İnanıram ki, “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. Qış fasiləsində komandadan heç kimi göndərmək fikrimiz yoxdur. Bu kollektivi daha da möhkəmləndirmək istəyirik. Ola bilər ki, heyətə yeni oyunçular cəlb olunsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30