25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Dani Kintana: "Buna çox ehtiyacım var idi"

"Nəinki cari mövsüm, mən karyeramda ilk dəfə het-trikə imza atdım. Buna çox ehtiyacım var idi. Zədədən sonra hər bir futbolçuya qol vurmaq xoş məqamdır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözlər Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib. İspan futbolçu het-trik edəcəyini öncədən düşünmədiyini deyib: "Düzdür, üç qol vuracağımı düşünmürdüm. Ancaq vurmuşamsa, mənə xoşdur. Qollarım komandaya fayda gətirirsə, bununla qürur duyuram".
 
31 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandasında çıxış etmək barədə verilən suala belə cavab verib:
 
"Belə bir məlumatım yoxdur ki, vətəndaşlıq almaq üçün neçə il burada yaşamlıyam. Bu məsələ ilə bağlı heç bir söhbət yoxdur. Mənim üçün olsa, böyük fərq etmir. 4,5 ildir ki, burdayam. Azərbaycan və “Qarabağ” həyatımda önəmli yer tutur. Bura mənə çox şey verib. Komandanın və ölkənizin dəyərlərini bilirəm. İlk növbədə dəvət olmalıdır. Bunlar həllini tapsa, mənim tərəfimdən problem yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30