19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Millidə olan hər məğlubiyyətdən sonra əhvalımız korlanırdı"

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazandılar, tapşırıqları yerinə yetirdilər. Rəqibin heyətində itkilər var idi. Futbolçularımın oyunundan və nəticədən razı qaldım. Samir Abasova və komandasına uğurlar arzulayıram".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIV turunda "Zirə"ni böyük hesbala məğlub etdikləri matçı dəyərləndirərkən deyib.  
 
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində səfərdə "Arsenal"a qarşı keçirəcəkləri matç haqda danışıb: "Arsenal"a qarşı necə oynayacağımızı tam dəqiqləşdirməmişəm. Bu gün oyun sxemində dəyişiklik etmişdik. Avropa Liqasındada belə oynaya bilərik. Hamı bilir ki, Avropa Liqasında son oyunumuza çıxacağıq. Diqqətli və ciddi hazırlaşmalıyıq". 
 
O, "Qarabağ"ın son zamanlar qolları sıralamasından söz açıb: "Oyunumuzda dəyişiklik hiss edilməsi normaldır. Son vaxtlar hücumları qurmaq üçün çox çalışırıq. Bütün mövqelərimizi analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik". 
 
Qurban Qurbanov milli komandamızın baş məşqçi postundan ayrılması ilə bağlı növbəti dəfə fikir bildirib: "Özümü normal hiss edirəm. Millidə olan hər məğlubiyyətdən sonra əhvalımız korlanırdı". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30