29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: "Qərar budur, nə edə bilərik?"

Topaz Premyer Liqasının 14-cü turunda "Qarabağ" səfərdə "Zirə"yə 6:0 hesabı ilə qalib gəlib. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli müdafiəçi qələbəni şərh etməklə yanaşı, U-20 və U-21 milli komandalarından istefaya göndərilməsi barədə də danışıb.
 
 - Çempionatda son iki oyunumuzu “Keşlə” və “Zirə”yə qarşı keçirdik. Hər ikisi çətin komanda idi. Son dönəmləri yaxşı keçirirdilər. Ciddi hazırlaşmışdıq. Hər iki oyunda qol şanslarından yararlana bildik. Hesabların böyük olması rəqiblərin zəif olması ilə əlaqəli deyildi. Sadəcə, əlimizə düşən fürsətləri qola çevirdik".
 
- İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu, sizdə alınırdı?
 
- Biz bu sistemdən çox istifadə etmirik. Oyundan qabaq belə bir şeyə hazırlaşmışdıq. Qurban müəllim də bunu ikinci hissədə tətbiq etdi. Bir az alınırdı.
 
- Millinin oyunları bitib, Avropa Liqasında da bir oyun qalıb. “Qarabağ”ın son iki oyundakı böyükhesablı qələbələri bunula əlaqəlidir?
 
- “Qəbələ” ilə səfərdə yaxşı nəticə qazanmışdıq. Millinin oyunlarından sonra “Sabah”la qarşılaşdıq. Bizdə də yığma üzvləri çoxdur. Oyuna çox ciddi hazırlaşa bilmədik və vacib 2 xal itirdik. Ancaq komandamız toparlana bildi. Bu iki oyunda vacib qələbələr qazandıq. Çalışırdıq ki, “Neftçi” ilə xal fərqimiz 7-8 olmasın.
 
- Qurban Qurbanovun millidən gedişi sizin üçün gözlənilməz olmadı?
 
- Şəxsən mənim üçün gözlənilməz oldu. Son gündə belə bir hiss var idi. Ancaq ondan əvvəl bunu düşünmürdüm.
 
- Qurban Qurbanov millidən getdiyi üçün siz də postunuzdan ayrıldınız?
 
- Mən Qurban Qurban Qurbanovun gedişini bilmirdim. Mənimlə yolların ayrılacağını iki gün öncə demişdilər. Ancaq Qurban Qurbanovun gedişini iclasdan sonra bildik. Mən amma iki gün əvvəl gedişimi bilirdim.
 
- Gedişinizin səbəbini soruşdunuz?
 
- Bu barədə hazırda çox danışmaq istəmirəm. Çox iş gördüyümüzü düşünürəm. Əziyyət çəkdik, Azərbaycan futbolunun halal xoşu olsun. Təki, gördüyümüz işlərdən növbəti seçmə mərhələdə yararlansınlar. Özünüz də görürdünüz ki, hər oyunda 5-6 cavan futbolçuya şans verirdik. Komanda formalaşmışdı. Əslində, bir ay qabaq mənimlə növbəti tsikl üçün görüş keçirilmişdi. Orada gələcək planlardan danışdıq. Qarşıma 2-3-cü yerləri tutmaq hədəfi qoyuldu. Özüm də bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam və çalışacam ki, istəyimizə çataq. Anacaq indi qərar budur, mən də buna hörmətlə yanaşıram.
 
- Son tsikldəki uğursuzluğa görə göndərildiniz?
 
- Bu tsikl üçün nəticə söhbəti olmadı. Son 3 oyundakı oyunumuzu gördünüz. Norveçlə matçda yaxşı çıxış etsək də, üç kobud səhvə görə uduzduq. İsraili isə məğlub da edə bilərdik, penalti qaçırmışdıq. Bildirildi ki, artıq belə rəqiblərə qarşı komandanı hazırlamısansa, gələn tsikldə 2-3-cü yerləri tutmaq olar. Onsuz da öz qarşıma məqsəd 2-ci yeri tutmağı qoymuşdum.
 
- Bəs nə baş verdi?
 
- Qərar budur, nə edə bilərik? Hörmətlə yanaşırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31