19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elşad Əhmədov: "Yoxluğu planlarımızı pozdu"

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XIV turunda “Keşlə”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Əhmədov öncə məğlubiyyəti şərh edib:
 
- Oyuna çox zəif başladıq. Müdafiədən çıxa bilmirdik. Çatışmayan cəhətlərimiz var idi. Rəqib boşluqlarımızdan istifadə edib qollarını vurdu. İkinci hissədə yaxşı oynasaq da, xal qazanmağa vaxtımız çatmadı. “Keşlə”ni təbrik edirəm.
 
- Marko Deviçin olmaması planlarınız pozdu?
- Deviç olmayanda Cavidi hücumçu kimi oynadırıq. Onun yoxluğu bizim planlarımızı pozdu.
 
- Son nöqtəni qoymaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
- Bizim əsas hücumçumuz Marko Deviç zədəli idi. Cavan futbolçulara şans veririk. Türal Qürbətov şanslardan istifadə edə bilmir. Birinci hissədə qol vursaydıq, ikinci hissədə qələbə üçün oynaya bilərdik.
 
- Qış fasiləsində komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?
- Kimlərin gedəcəyini müəyyənləşdirmişik. Hücum xəttində problemlərimiz var. Mövsümün əvvəlində heç kim “Sabah”a gəlmək istəmirdi. Heyətdə dəyişikliklə edəcəyik .



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30