20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Jezniçak: "O, penalti olmadığını dedi"

"Bütün komanda özünü pis hiss edir. Bu gün bizim günümüz deyildi. Rəqib yaxşı oynadı və oyunu istədiyi kimi idarə edib 6 qol vurdu. Bu məğlubiyyəti qəbul etmək bizim üçün çox çətindir. Amma bunu unudub, növbəti oyunları düşünməliyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Avropa Liqasının 5-ci  turunda Bakıda "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi brifinqdə deyib. Polşalı müdafiəçi 5-ci dəqiqədə səbəbkarı olduğu penalti epizodu barədə danışıb: "Həmin anda mən Bas Dosta azca toxundum.
 
Penalti epizodundan sonra onunla danışdım. O, mənə toxunuşun olduğunu, amma bunun penalti olmadığını söylədi. Baş hakim isə 11 metrlik nöqtəni göstərdi və hesab erkən açıldı. "Sportinq" oyuna çox sürətli başladı. Onlar bu gün çox yaxşı oyun göstərdilər".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30