29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin FIFA reytinqindəki mövqeyi dəyişmədi

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi siyahıda mövqeyini qorusa da, 1 xal itirib. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb. Hesabat dövründə Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv UEFA Millətlər Liqasının son qarşılaşmalarında Farer adalarına Bakıda 2:0 hesabı ilə qalib gəlsə də, Kosovoya Priştinada uduzub - 0:4. Maltanı da 5:0 hesabı ilə yenərək, D Liqasında 3-cü qrupun qalibi olan balkanlılar aktivlərinə 14 xal yazıb və 6 pillə irəliəyib.

Hazırda bu ölkə 1113 xalla 131-cidir. Digər rəqiblərə gəldikdə, Farer adaları 3 pillə geriləyərək 1238 xalla 98-ci pillədə qərarlaşıb. 1 pillə irəliləyən Malta millisi isə 926 xalla 182-cidir. FIFA-nın reytinq siyahısında ilk "3-lük" dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir. Türkiyə yığması isə reytinqdə 1 pillə geriləyib. Qonşu ölkə 1443 xalla 39-cudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31