25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Sportinq"in baş məşqçisi: "Qarabağ" əks-hücumlarda təhlükəlidi"

"Sportinq"in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunöncəsi mətbuat konfransında çıxış edib. Futbolxeber.az saytının məlumatına görə, Portuqaliya klubunun çalışdırıcısı görüş haqda danışıb:
 
- Sabahkı oyunda məqsədiniz nə olacaq?
- Yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik. Amma əsas olan qələbə qazanmaqdı.
 
- Paralel keçiriləcək görüşdən asılı olaraq, bu oyunda sizi bərabərlik də sərf edir. Bunu nəzərə alsaq, oyuna necə başlamağı planlaşdırırsınız?
- İlk dəqiqələrdən öz oyunumuzu oynamağa çalışacağıq. Bizim üçün əsas olan öz oyunumuzdu, paralel keçiriləcək görüş yox. 
 
- Məğlubiyyətə hazırsınız?
- Hər iki komanda qalib gəlmək istəyəcək. Ona görə də bizi maraqlı oyun gözləyir. "Qarabağ"ın hər üç oyununu izləmişəm. Bu komanda müasir futbol oynayır. "Qarabağ"ın əks-hücumları təhlükəlidi.
 
- "Sportinq"də itkilər çoxdu. Çətinliyə hazırsınız?
- Yaxşı komanda 11 nəfərdən ibarət olmur. Bizim 25 oyunçumuz var. Oyuna çıxacaq istənilən futbolçu komanda üçün əlindən gələni edəcək.
 
- Qarabağ haqda məlumatınız var?
- Bəli, Qarabağ barədə məlumatım var. Ancaq ilk dəfədi ki, ölkənizdəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30