20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Hər günümüz gərgin keçir"

“Avroliqada evdə son qrup oyununa çıxırıq. Çalışırıq azarkeşləri oyunumuzla sevindirək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah Portuqaliya “Sportinq”ini qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi baş tutan mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:

“Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komanda istəkli olur. İstənilən halda, öz meydanımızda oynayırıq. Biz daha çox istək olmalıyıq, nəinki rəqib. Çalışacağıq bütün gücümüzlə bacarığımızı ortaya qoyaq”.

- “Sportinq”in bir neçə əsas üzvü bura gəlməyib. Əvəzində bir neçə 23 yaşlı futbolçu heyətə salınıb. Bu, sizin üçün motivasiya ola bilərmi?

- Belə şeylərə böyük klublarda o qədər önəm verilmir. 23 yaşlı futbolçu peşəkar futbolçu deməkdi. “Sportinq”də də perspektivi olmayan futbolçunun olmasına inanmıram. Futbolçularımız belə şeyə önəm verməzlər. Çünki biz böyük tarixi olan komandaya qarşı oynayacağıq. Təbii ki, istərdik rəqibdən üstün olaq. Qalib gəlmək üçün şansımızı yoxlayacağıq və daha yaxşı oynamağa çalışacağıq.

- İnnosent Emeqaranın yoxluğunda sabah hücumda Araz Abdullayevə şans verəcəksiz, yoxsa dəyişiklik gözlənilirmi?

- Biz Arazı o mövqedə oynatmışıq. Sabah da orda oynamaq ehtimalı çoxdu. Ancaq yenə də son qərarı sabahkı məşqdən sonra verəcəm.

- Rəşad Sadıqov sabah avrokuboklarda 100-cü oyununa çıxacaq. Bu, komanda üçün əlavə stimul ola bilərmi və ya bir önəm daşıyırmı?

- Buna çox sevinirəm. Azərbaycanlı futbolçu klub turnirlərində 100-cü oyununa çıxacaq. Məncə, motivasiyaya o qədər də ehtiyac yoxdu. Hamı son ev matçında özünü daha yaxşı tərəfdən göstərməyə çalışacaq. Rəşadın özünün də sabah oynayıb-oynamayacağı bilinmir. Buna sabahkı məşqdən sonra qərar veriləcək. Onun 100-cü oyuna çıxmağı yox, meydanda olmağı futbolçular üçün əlavə motivasiyadı. Belədə daha sərbəst oynayırlar. Öz aralarında danışsalar, bəlkə əlavə motivasiya ola bilər. Ancaq əsas oyunun mahiyyətidi.

- Rəşadın oynayıb-oynamaması zədə ilə bağlıdı?

- Xeyr, bununla bağlı deyil.

- Adətən sual verilir ki, komandanı necə motivasiya etmisiniz? Bəs özünüz psixoloji olaraq bərpanı necə keçdiniz?

- Bizdə bərpa turnir başa çatanda, mövsüm bitəndə olur. Hər günümüz gərgin keçir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30