25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Hər şeyin fərqindəyik, qalib gələrək üst pilləyə qalxa bilərik"

“Sumqayıt”ın müdafiəçisi Şəhriyar Əliyev Futbolxeber.az saytına müsahibə verib:
 
- “Zirə” ilə görüşdə məğlub oldunuz. Matçla bağlı düşüncələrin necədi?
- Deyərdim ki, 60 dəqiqə yaxşı oynadıq. Ancaq sonda məğlub olduq. Uduzmuşuqsa, demək səhvlərimiz olub. Bunları da yaxşılaşdırmaq lazımdı.
 
- İlk yarıda daha üstün tərəf idiniz. Uğurlu nəticə qazanmağınıza səbəb nə idi?
- Bəlkə də son dəqiqələrdəki yorğunçuluq öz sözünü dedi.
 
- Əfran İsmayılov bildirib ki, ikinci yarıda yorğunçuluq var idi. Fiziki durumunuz yaxşı deyil?
- Əfran millidə də oynamışdı. Ona görə onda daha çox yorğunçuluq ola bilərdi. Oyunun sonlarına yaxın mən də yorulmuşdum.
 
- “Sumqayıt” uğursuz çıxışına necə son qoyacaq?
- Zəif cəhətlərimizi analiz edib, onların üzərində işləmək lazımdı. Zəif cəhətlərimizi ideal vəziyyətə gətirmək istəyirik.
 
- Ayxan Abbasovun gəlişi də komandaya kömək etmir. Səncə, o, “Sumqayıt”ı bu durumdan çıxara biləcək?
- Ayxan müəlim də bizim zəif cəhətlərimizi analiz edir, nələri doğru etməli olduğumuzu bizə göstərir. Komandaya 10 gündü gəlib. Dediklərini edəcəyik və zamanla daha yaxşı olacağına inanırıq.
 
- Onunla işləmək rahatdı, yoxsa Nazim Süleymanovla daha rahat idi?
- Hər məşqçinin öz taktikası, öz proqramı var. Hər məşçqidən də nələrisə öyrənib, öz futbol savadımı artırmağa çalışıram.
 
- Qarşıdakı turda “Sumqayıt”ın rəqibi “Səbail”di. Ən azından bu oyunda qalib gələ biləcəyinizi düşünürsən?
- Evdə oynayacağıq, doğma meydanda onları qəbul edəcəyik. Çalışacağıq ki, düzgün oynayıb qələbə qazanaq və azarkeşlərimizi sevindirək.
 
- 13-cü turdan sonra “Sumqayıt” turnir cədvəlində son pilləyə yuvarlana bilər. Bu, “Səbail”ə uduzsanız, “Keşlə” və “Zirə” isə öz oyunlarını qalib başa vursalar, baş tutacaq...
- Hər şeyin fərqindəyik. Ancaq qarşıdakı iki oyunda qələbə qazanıb üst pilləyə də qalxa bilərik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30