20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ruslan Qurbanov: "Hakim bizi "öldürdü"

"Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Qələbə qazanıb, mövqelərini yaxşılaşdırdılar. Maraqlı oyun alındı. Düzdür, hakim bir az tempi aşağı salırdı. Amma bu, məğlub olmağımıza səbəb deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının XII turunda doğma meydanda "Neftçi"yə məğlub olduqları matçı dəyərləndirərkən deyib.

27 yaşlı hücumçu matçın 52-ci dəqiqəsində qapılarına təyin olunan penaltinin doğru qərar olmadığını bildirib: "Həmin epizodda top komanda yoldaşımın əlinə yox, sinəsinə dəymişdi. Hakim bizi "öldürdü". Hamı hər şeyi görür. Hakim idarəçiliyi barədə danışmaq istəmirəm. "Neftçi"nin belə qələbələrə, penaltilərə ehtiyacı yoxdur. Bu komanda iki dövrə ərzində dominantlıq edir, liderdir. Layiqli yerdə birinci pillədə qərarlaşıblar. Ona görə də belə penaltilərə ehtiyacı yoxdur. Meydanda düzgün mübarizə aparmaq lazımdır. Həm epizodda penalti verilməsəydi, matç başqa cür nəticələnə bilərdi.

Hesabda 2 cavabsız qolla geri düşdükdən sonra geridönüş etmək çətin olur. Amma bu da bəhanə ola bilməz, biz qol vura bilmədik". Millimizin üzvü hakimlərlə penalti epizodu ilə bağlı müzakirə apardığını, lakin konkret cavab ala bilmədiyini sözlərinə əlavə edib: "Oyun zamanı baş hakimdən "penalti olduğunu kim sənə dedi?", - soruşdum. O da yan xətt hakimini nişan verdi. Görüşdən sonra yan xətt hakiminə özüm yaxınlaşdım və "sən penalti olduğunu gördün?", - soruşdum. O isə konkret cavab vermədi. Aldatmaq doğru deyil. Bu, düzgün deyil". Ruslan Qurbanov millidəki komanda yoldaşı Kamran Ağayevin UEFA Millətlər Liqasında Kosovo ilə həlledici matçda bilərəkdən iştirak etmək istəməməsi yönündə iddiaya da münasibət bildirib: "Kamranın zədəsini bəhanə etməsi məsələsinə inanmıram. Uzun illərdir milli komandanın formasını geyinir. Yayılan xəbərlər doğru deyil. Kamran, bizim özümüzə də çətindir. Həlledici görüşdə məğlub olduq.

Digər futbolçuların bilərəkdən zəif oynamalarına gəlincə, hər qarşılaşmada yaxşı çıxış etmək olmur. Hərdən kimdəsə alınır, kimdəsə yox. Uşaqlar əllərindən gələni etdilər. Kosovo ilə oyunu unutmalı, səhvlərdən nəticə çıxarmalı və yolumuza davam etməliyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30