19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Bordin: "Əgər ciddi bir şey olsaydı..."

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XII turunda səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis qələbəni şərh edib:
 
- Yaxşı oyun göstərmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər, onlardan razı qaldım. Güclü komandaya qarşı oynadıq. Bir daha komandanı təbrik edirəm.
 
- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?
 
- Bizim yaxşı kollektivimiz var və bu, bizim fərqimizdir. Zədəli futbolçuların olması futbolda baş verən şeylərdi. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.
 
- Oyunun əvvəlində Dario Frederiko ilə aranızda problem oldu. Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?
 
- Normal haldır, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.
 
- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?  
 
- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım. 
 
- Paratskinin yoxluğunda “Neftçi” daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?
 
- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30