29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Sənan Qurbanov: "Məni sevindirən futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsidi"

Topaz Premyer Liqasının XII turunun “Keşlə” - “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssisin qələbəni şərh edib:
 
“Oyuna çox ciddi hazırlaşmışdıq. Fasilə dövründə çatışmazlıqlar üzərində çalışmışdıq. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə”də yüksəliş var. Rəqibi ciddi təhlil etmişdik. Məni sevindirən amil futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsidir. Az müdafiə olunub, hücumda daha çox vaxt keçirmək istəyirdik. Bunun üçün də rəqibin hücumlarının qarşısını almağı bacarmalı idik.
 
Futbolçuları da, azarkeşlərimizi də təbrik edirəm. Oyunçuları matça düzgün kökləməyə çalışmışdıq. Bu gün daha fərqli qalib gələ bilərdik. Yenə qol imkanlarından yararlanmadıq. Bunu tələskənliklə izah edərdim. Oyun gərgin keçdi. Matçın sonlarında qol da buraxa bilərdik. Belə oyunda xal itirsəydik, çox üzülərdik. Sevinirik ki, qarşılaşmanı 3 xalla başa vurduq. Cəzalı duruma düşən Ceyms Adeniyi hazırda yaxşı formadadır. Lakin onu əvəz edə bilən futbolçularımız da var. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən oyunçuya növbəti matçda şans verəcəyik”.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31