19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ"ın rəqibi: "Qrupu birinci pillədə başa vurmaq istəyirik"

"Komandanın çoxlu xal toplamasına və bir çox oyunçunun qol vurmasına sevinirəm. Amma biz müdafiədə də daha yaxşı oynamalıq, rəqiblərin çox xal qazanmasına çox imkan verməməliyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Premyer Liqanın XIII turunda qarşılaşacaqları "Bornmut"la matçdan öncə mətbuat konfransında deyib.
 
48 yaşlı mütəxəssis komandasının hazırda pis çıxış etmədiyini vurğulayıb: "16 oyunda məğlub olmamağımız çox yaxşıdı. Amma son üç qarşılaşmada heç-heçə etmişik. Bu, heç də yaxşı deyil. İlk "4-lüy"ə daha yaxın olmaq üçün yenidən qalib gəlməyə başlamalıyıq".
 
İspaniyalı məşqçi UEFA Avropa Liqası barədə də danışıb: "Turnirdə növbətə mərhələyə vəsiqə qazanmışıq. Ammma qrupu birinci pillədə başa vurmaq istəyirik. "Qarabağ" və "Vorksla"ya ilə oyunlarımız var". Emeri son olaraq ilin sonundakı sıx qrafiklə bağlı fikirlərini bölüşüb: "İngiltərə Liqa Kubokunda "Tottenhem"lə qarşılaşacağıq.
 
Ancaq hazırda bizim üçün əsas olan Premyer Liqadır. Xeyli matç var və dəyişikliklər edəcəyik. Bir çox oyunçuya komandaya kömək etməsi üçün şans verəcəyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30