16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qarabağ"ın futbolçusu: "O, baş məşqçidir, qərarlaşrına hörmətlə yanaşmaq lazımdı"

“Millinin oyunu olanda bu və ya digər şəkildə dəstək olmağa çalışıram. Yığmaya dəvət almayanda oyunu  mütləq televiziyadan izləyirəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Albaniya millisinin üzvü Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
“Qarabağ”ın müdafiəçisi Albaniya millisinin son vaxtlar uğursuz çıxış etməsindən danışıb. O, bunun müvəqqəti olduğunu bildirib: “Hər bir komandada bu kimi hallar olur. Məncə, yığmamız keçid dövründədir. Gələcəyə nikbin baxmaq, futbolçulara güvənmək lazımdır”.
 
35 yaşlı futbolçu kapitanı olduğu Albaniya millisinə dəvət almamasından və yığmanın baş məşqçisi Kristian Panuççi ilə münasibətlərindən də danışıb: “Millinin üzvləri ilə əlaqəm var. Əksər futbolçulara hər gün danışıram. Bundan əvvəlki toplanışda oldum. Əlimdən gələni etdim. Baş məşqçi ilə münasibətimə gəlincə, onunla aramızda yaxşı əlqənin olmaması artıq sirr deyil. Onun son mətbuat konfransındakı davranışı isə (Panuççi alban jurnalistə ağzını yum demişdi – red.) normal hal deyil. Bununla belə, o, baş məşqçidir, qərarlaşrına hörmətlə yanaşmaq lazımdır. 
 
Aqolli karyersı ilə bağlı da fikir bildirib. O, hələlik futboldan getməyi düşünmədiyini deyib: “Hələ bununla bağlı heç bir qərar verməmişəm. Mənə “Qarabağ”da oynamaq xoşdur. Hələ oynaya bilərəm”.(qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30