16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Ruslan Abışov: "Tələsmək istəmirəm"

"Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladın...
- Bəli. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Günü-gündən özümü daha da yaxşı hiss edirəm.
 
- Bu müddət ərzində iki dəfə Almaniyada oldun. Həmin ölkəyə yenə səfər edəcəksən?
- Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib, müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.
 
- Bərpa prosesi ilk plana uyğun davam edir, yoxsa daha tez gedir?
- Almaniyadakı həkimlərin dediyinə görə proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Yanvardakı təlim-məşq toplanışında var gücümlə məşq etməyi düşünürəm.
 
- Bərpa müddəti ərzində ən çətin nə olur?
- Futbolsuz qalmaq. Bunu sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram.
 
- Yəqin ki, azarkeşlərdən də dəstək alırsan?
- Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də azarkeşlərin yazdığı hər bir mesaj, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30