29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Maksim Medvedev: "Onların oyununu "sındırmağa" çalışırdıq"

Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev yığmanın Millətlər Liqasının son qrup matçında - Kosovo yığmasına səfərdə 0:4 hesabıyla uduzduğu səfər qarşılaşmasından sonra brifinq keçirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
 
- Belə ağır məğlubiyyətə səbəb nə oldu? Niyə 2-ci dəqiqədə buraxdığımız qola cavab verə və elə də sonadək özünüzə gələ bilmədiniz?
- Matça yaxşı hazırlaşmışdıq. Çox yaxşı əhval-ruhiyyəmiz vardı. Meydana nikbin çıxdıq. Bəli, heç kim gözləmirdi ki, ilk qolu belə tez buraxacağıq. Yenə də öz səhvimizdən qapımızda top gördük. Məşqdə belə vəziyyətlər üzərində işləyirik. Ancaq yenə də hansısa diqqətsizlik bizi pis vəziyyətdə qoyur. Çox erkən qol buraxmağımız rəqibə döyüşkən əhval-ruhiyyə verdi. Onlar bizə 2-ci qolu vurmağı daha böyük istəklə arzulayırdılar. Sonda buna artıqlaması ilə nail oldular.
 
- Buna necə hazır deyildiniz? Bu, gözlənilən ssenarilərdən biri idi ki, Kosovo birinci qol vura bilər...
- Əlbəttə. Qarşılaşma heç-heçə bitə bilər. Biz hər şeyə hazır idik. Təəssüf ki, futbolçularda diqqətsizlik, az konsentrasiya var idi. Bu, bir səbəbdir. İkincisi, baş məşqçinin göstərişlərini tam yerinə yetirə bilmədik. Üçüncü isə 60-cı dəqiqədən sonra komandanın necə yorğun olduğu görünürdü. Nəticədə kosovolulara heç cavab verə bilmirdik. Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var və açıq futbol getməyə başladı. Onu demək olar ki, Kosovo bu gün çox yaxşı hazır idi.
 
- Komanda rəqibin yüksək pressinqinə tab gətirə bilmirdi. Sanki buna hazır deyildi. Halbuki, Maltayla oyunda bunu edə bildiklərini göstərmişdilər...
- Bunu təhlil etmişdik və bilirdik. Özümüz də yüksək pressinq etmək istəyirdik, onlar da. Bizim futbolçuları dərhal bağlayırdılar. Ona görə risk edə, mərkəzə riskli ötürmələr verə bilmirdik. Buna görə daim topu irəli çıxarırdıq ki, bu da oyunumuzu "sındırırdı". Biz də yüksək pressinqlə onların oyununu "sındırmağa" çalışırdıq, ancaq fərdi keyfiyyətlərdə görünürdü ki, rəqib yaxşı hazırlaşıb. Rəqib futbolçularının fərdi oyun keyfiyyəltərinin yüksək olduğunu gördük. Buna görə nə deyəsən?
 
- Belə demək olar ki, həlledici amil rəqib fərdi planda bizdən sadəcə, güclü olması idi?
- Onların güclü olduğunu deyə bilmərəm. Sadəcə, bu gün o komandada hər şey alınırdı, bizdə isə hücumların çoxunu başa çatdıra, sakitcə onların qapısına çata bilmirdik. Necə ki, Farer adaları ilə matçda bunu etmişdik. Başlıca problem bundan ibarətdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31