19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Berişa: "Oyunun gedişində anlamışdıq ki, hesab daha böyük ola bilər"

"Qürur duyuram. Bunu ölkəmiz, ailəmiz, qanımız üçün etdik! Mən milli komanda seçimində uzun müddət düşünməmişəm. Norveçdə böyümüşəm, ilk addımları orda atmışam. Ancaq mənə doğma olan ölkəm üçün oynamaq fürsəti yaranan kimi bura gəldim. Belə fürsət düşdüyü üçün sevinirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda millimizə 4:0 hesabı ilə qalib gələrək pley-offa yüksələn Kosovonun kapitanı Valon Berişa deyib. "Latsio"nun yarımmüdafiəçisi qələbədə azarkeşlərin önəmli olduğunu vurğulayıb: "Priştinada gözəl duyğulu anlar yaşandı. Hələ bütün azarkeşlər bura gələ bilməyib. Onlar evlərində bizə dəstək oldular. Stadionda olanlar bizi həddən artıq çox motivasiya etdilər. Möhtəşəm oynadıq. Biz şəxsi oyun nümayiş etdirmirdik. Ruhumuzla, qanımızla oynayıb, qalib gəldik. Komanda şəklində mübarizı apardıq".
 
25 yaşlı futbolçu millimizin oyundan öncə favorit olduğunu deyib: "Azərbaycan favorit idi, yetərincə təcrübələri var. Biz də güclü komanda olduğumuzu bilirdik. Ancaq komanda şəklində oynadıq və azarkeşlərin bu möhtəşəm dəstəyilə qalib gəldik. Hətta oyunun gedişində anlamışdıq ki, hesab daha da böyük ola bilər".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30