28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yığmamızın sabiq üzvü: "Lixtenşteynlə oyunda şansımız çoxdu"

Hazırda Gürcüstanda A kateqoriyasını oxuyan və U-19 yığmamızın seçmə mərhələdəki oyunlarını analiz edən Aqil Nəbiyev Vüqar Məmmədin komandasının şanslarını dəyərləndirib.
 
Futbolxeber.az saytına açıqlama verən millinin eks üzvü U-19 yığmamızın ilk iki oyununu da dəyərləndirib:
 
"Gürcüstana gəlişimin səbəbi A kateqoriyası kurslarına qatılnaqdş. Həm də U-19 komandasının seçmə mərhələ oyunlarını analiz etməyə gəlmişik. Məndən başqa 7 məşqçimiz də burdadı. Yığmamız ilk oyununu Israildən olan həmyaşıdlarına qarşı keçirdi. Həmin gün komandamız rəqibə istənilən səviyyədə müqavimət göstərə bilmədi. Israil təşkil olunmuş hücumlar qururdu. Elə sondada yığmamız məğlubiyyətlə barışdı.
 
Gürcüstanla ikinci oyunun ilk yarısında hesabda geridə idik. Amma ikinci yarı aqressiv başladıq və mübarizə apardıq. Ilk oyundakı komanda ilə bu oyun dakı komandanı müqayisə etmək mümkün deyil. Vüqar Məmməd aradakı iki gündə komandanı oyuna tam motivasiya edə bilmişdi. Elə bunun da nəticəsini sonda gürcülər üzərindəki qələbə ilə gördü.
 
Lixtenşteynə qarşı keçiriləcək oyunun mahiyyətini futbolçularımız yaxşı dərk edir. Hamısı başa düşür ki, qələbə qazana bilməsək, qrupdan çıxmağımız sual altına düşə bilər. Ona görə də komanda tam gücü ilə oyun saatını gözləyir. Yəqin ki, Vüqar Məmməd rəqibi analiz  edib və futbolçulara onlara qarşı necə oynamaq lazım gəldiyin bildirəcək. Lixtenşteyn üzərində şansımız daha çoxdu. Öz komandamızı onlarla müqayisə etmək istəmirəm. Inanıram ki, Lixtenşteyni məğlub edəcəyik. Təbii ki, Israilin də uduzmaması lazımdı ki, onlarla birlikdə qrupdan çıxaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31