20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Valon Berişa: "Azərbaycanla oyunda heç-heçə barədə düşünməyəcəyik"

"Oyuna psixoloji cəhətdən hazırıq. Sabahkı görüş finala bərabərdir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kosovo millisinin yarımmüdafiəçisi Valon Berişa UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda sabah yığmamızla keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 25 yaşlı futbolçu bundan əvvəl Malta üzərində qazandıqları böyükhesablı qələbənin onlara üstünlük qazandırdığını bildirib:
 
"Əminəm ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edəcək. Son oyunda 5:0 qalib gəlmişik və bu, bizə müəyyən üstünlük qazandırır".
 
"Latsio"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi sabah meydana qələbə üçün çıxacaqlarını söyləyib: "İnanıram ki, komanda şəklində yox, ümumiyyətlə, fərdi qaydada da heç bir futbolçumuz heç-heçə barədə düşünməyəcək. Çünki bu, bizimlə "acı zarafat" edə bilər. Çalışacağıq ki, hücumda daha çox oynayaq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30