26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Maksim Medvedev: "İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq"

“Bizim üçün çox ağır oyun oldu. Uzun zamandır bu qarşılaşmanı gözləyirdik. Bildiyiniz kimi, iki həlledici oyundan birinə çıxdıq. İki oyuna 6 xal qazanıb, birinci yerə yüksələ bilərik. Bu günkü oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edib, baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, rəqibin ikinci hissədə təyziq etdiyini deyib: “Rəqib ikinci hissədə 5-li müdafiə sistemini dəyişdi. Bir müdafiəçinin yerinə hücumameylli futbolçu meydana çıxdı. Ona görə bir az təyziq etməyə başladılar. İki qolla öndəydik və risk eləmək istəmirdik. Çalışdırdıq ki, daha sərbəst oynayaq. Belə deyim, özümüzdən fantastika yaratmaq istəmirdik. Daha rahat, dəqiq ötürmələrlə hücuma çıxmaq istəyirdik”.
 
29 yaşlı sağ cinah müdafiəçisi növbəti turdakı Kosova ilə oyun haqda da danışıb: “Futbolçuların ustalığı yüksək səviyyədədir. Belə müqayisə etsək, Kosova ilə oynaya bilərik. Əsas odur ki, diqqətimiz,  psixologiyamız yerində olsun və baş məşqçinin tapşırıqlarını yerinə yetirək”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30