19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: "Çempionluq uğrunda mübarizə aparacağımızı düşünürdüm"

"Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, zədədən sonrakı bərpa prosesi ilə bağlı danışan təcrübəli futbolçu komandanın çempionluq şansını da dəyərləndirib.
 
- Bərpa prosesi necə keçir?
 
- Normal keçir. Artıq fərdi məşğələlərə başlamışam, velosiped sürürəm, bəzi təmrinləri yerinə yetirirəm. Növbəti müayinədən sonra hər şey dəqiqləşəcək.
 
- Komandanı kənardan izləmək nə dərəcədə ağırdır?
 
- Yaşıl meydanlardan 2-3 ay müddətində kənarda qalmağı təsəvvürümə gətirə bilmirəm. 3 həftədir oynamıram, artıq mübarizəyə qoşulmaq istəyirəm. Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdır. Amma neyləmək olar?! Bu, futboldur.
 
- Sizcə, iki dövrənin yekununa görə komandanın turnir cədvəlində birinci yeri tutub, qış fasiləsinə lider kimi yollanmağı nə dərəcədə vacibdir?
 
- Çox vacibdir. Komandada qalib ruhu olacaq. Həm də fasiləyə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çempionatın sonunu da yüksək notlarda keçirmək önəmlidir. Çox istərdim ki, bu bizdə alınsın.
 
- Sizin yoxluğunuzda "Neftçi”nin çıxışını necə qiymətləndirirsiz?
 
- Əsas odur ki, komanda xallar qazanır. Bunun mənimlə və ya mənsiz olması önəmli deyil.
 
- Çempionluq şansı nə dərəcədə realdır?
 
- İndi bu haqda danışmaq üçün çox tezdir. Qarşıda hələ çox oyun var. Biz isə ən yaxın izləyicimizdən cəmi 3 xal öndəyik. Çempionluq haqda mövsümün sonuna 2-3 tur qalmış danışmaq olar.
 
- Mövsümün bu mərhələsində "Neftçi”nin lider olacağını gözləyirdiniz?
 
- Təbii ki, çempionluq uğrunda mübarizə aparacağımızı düşünürdüm. Ona görə də birinci yerdə olmağımız təəccüblü deyil. Turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirməliyik. Liderliyə yüksəlmək çətindir, onu qorumaq daha da çətindir. İlin sonunadək keçiriləcək 3 turdan 9 xal toplamaq lazımdır. İlk dəqiqədən sonadək oyuna köklənməliyik. Azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədə çata bilərik. Hamımıza – klub rəhbərliyinə, komandaya, doğmalara, yaxınlara və azarkeşlərə uğurlar! Arzu edirəm ki, bu mövsümü birinci pillədə bitirək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30