26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rüfət Dadaşov: "Söz vermirəm"

"Oyunla bağlı çox danışmaq lazım deyil. Nə qədər vacib olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oyun göstərək, həm də nəticə ürəyimizcə olsun".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Millətlər Liqasının qrup mərhələsində Farer adaları ilə oyundan öncə millimizin hücumçusu Rüfət Dadaşov deyib. 28 yaşlı forvard rəqibin standart vəziyyətlərdə güclü olmalarından çəkinmədiklərini dildirib: "Bütün diqqətimiz öz oyunumuzdadı. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan oyunçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq".
 
Dadaşov heç kəsə qol vuracağı ilə bağlı söz vermədiyini deyib: "Heç vaxt qol vuracağımla bağlı söz vermirəm. Qol vurmaq mənim işimdi. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odu ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30