23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Lars Olsen: "Qrupda ən güclü rəqib Kosovadı"

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Lars Olsen jurnalistlərin suallarını cavablandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb:
 
"Sabahkı oyuna hazırıq. Heyətimizdə itki yoxdu və buna sevinirik. İlk oyunda kobud səhvlər etmişdik və Azərbaycan bizi məğlub etmişdi. Bura 2-ci gün gəlmişik. Komandamız yorğun deyil".
 
- Bakıya erkən səfəriniz nə ilə bağlıdı: iqlimdən, yoxsa mümkün məğlubiyyətdən qorxursunuz?
- Bakıda da Farer adaları ilə eyni hava şəraitidi. Uzun səfər olmuşdu. Həftənin ikinci günü gəlməyimizin səbəbi də uyğunlaşmaq istəyidi. Evdə rəqiblə başabaş oynamışdıq. Sabah da bu cür olmasını gözləyirəm.
 
- Mətbuatda sizin start “11-liy”iniz yazılmışdı. Həqiqətən də, bu heyətlə çıxış edəcəksiz, yoxsa bu, aldadıcı ola bilər?
- Heç vaxt “11-lik” elan etməmişəm. Ola bilsin ki, bu hansısa media mənsubunun ixtirasıdı.
 
- Futbolçu sanki konfrans zalını gərgin, əsəbi tərk etdi. Düşünmürsüz ki, verdiyimiz suallar yetirmənizin sabah qırmızı vərəqə almasına səbəb ola bilər?
- Belə deməzdim. Futbolçularım çox sakitdi. Sabah da əvvəlki görüşlər kimi davranacaqlar. Bizim evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Oyuna yanaşmağımız eynidi.
 
- Evinizdəki oyunda mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?
- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.
 
- Qrupun favoriti sizcə kimdi: Kosovo, yoxsa Azərbaycan?
- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Öz komandamı qeyd etmək çətindi. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30