Ölkə futbolu
Valeri Qazzayev: "Çempionatınızda komanda sayı minimum 12-16 olmalıdı"

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş bugünkü yoldaşlıq oyununda maraqlı personalar yer almışdı. Onlardan biri əcnəbilərdən ibarət komandanın baş məşqçisi olan Valeri Qazzayev idi. Təcrübəli rusiyalı mütəxəssis matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycana xoş gəlmisiniz. Təəssüratllarınızı bilmək maraqlı olardı...
- Xoş sözlərə görə minnətdaram və bu bayram münasibətilə sizləri təbrik edirəm. Belə bayramları mütəmadi etmək lazımdı ki, futbolunuz populyarlaşsın. Azərbaycan futbolu zəngin tarixə, ənənələrə malikdi. Bunu unutsanız, belə matçlar, nümunələr olmasa, gəncləri bu ab-havada tərbiyə etməsək, heç bir inkişaf olmayacaq, stadionlar tam dolmayacaq. Siz KİV nümayəndələri bunu başa düşərək hər yerdə təbliğ etməlisiniz. Üstəlik, sizdə yaxşı stadionlar tikilər, yüksək şərait yaradılır. Bu gün İsgəndər Cavadov Futbol Akademiytasında oldum, ordakı əla şəraiti gördüm. Gözəl akademiyadı, işlər çox yaxşı qurulub. Bunlar isə gələcək nəsil üçün nəzərdə tutulub. Televiziya, mətbuat futbolu təbliğ hər zaman etsə, əlbəttə, uşaqlar inkişaf edəcəklər. Baxın, sizdə necə futbolçular olub, "Neftçi"nin necə tarixi var. Ona görə sizləri təbrik etmək istəyirəm. İkl növbədə də əlbəttə, səbəbkar Vəlini. Vaxtilə onun karyerasında mənim də rolum olub. O, yaxşı işlədi və xaricdən layiqli dəvət aldı. Qasımovu, Azərbaycan futbolunu təbrik edirəm. O, İsgəndər Cavadov, Nazim Süleymanov kimi mümunələr var. Bunlar Azərbaycan futbolunun canlı əfsanələridi. Hələ Kazbek Tuayev, Anatoli Banişevski və digərlərini demirəm. Çox şadam ki, bu gün möhtəşəm matç keçirdiniz. Vəli Qasımovla oynamış çox futbolçu bura gəlmişdi. Əlbəttə, bu, xoşdı və ölkə futbolunuzu inkişaf etdirmək istəyirsinizsə, belə diqqət həmişə olmalıdı.
- Digər tələbəniz Nazim Süleymanov bu gün fərqlənmədi...
- (gülür) Elədi, sürətini itirib. Ancaq əlbəttə. texnika Süleymanovda var. Nazim dahi futbolçu olub. O, təkcə "Alaniya"da yox, Rusiya futbolunda böyük iz buraxıb. Belə oyunçular indi gənclərə nümunə olmalıdı.
- Son vaxtlar Rusiya futbolu inkişafdadı...
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, ölkədə idmana prezidentimiz Vladimir Putin böyük diqqət göstərir. Qarşıda böyük vəzifə durur ki, sağlam həyat tərzi uğrunda mübarizə aparaq. Futbola gəlincə, əlbəttə, bu yay Rusiyada keçirilən dünya çempionatı böyük təbliğat oldu, bu idman növünü ölkədə xeyli populyarlaşdırdı. İndi praktiki olaraq bütün uşaq futbol məktəbləri, akademiyalar tam doludu. Çünki bura dünya şöhrətli futbolçular, ən güclü yığmalar gəlmişdi. Gənclər onları gördü və təbii ki, hər biri sabah özünü milli komandanın heyətində görür ki, dünya və Avropa çempionatında iştirak etsinlər. Üstəlik, yığmamıızn çıxışı böyük diqqət çəkdi. Rusiya millisi dünyanın ən güclü 8 yığması arasında yer aldı. Bu da böyük təbliğatdı. İndi onu deyə bilərəm ki, yaxın 10 ildə yaxşı yerli oyunçular alacağıq. Bu da belə populyarlaşdırmaya görədi. Ölkənin hər yerində akademiyalar var, 92 baza tikilib ki, onlarda gənclər futbolla məşğul olur. Azərbaycana da belə bayramlar keçirməyi arzu edirəm.
- Rusiya çempionatında çox azərbaycanlı futbolçu çıxış edib. İndisə yoxdu. Problem nədədi?
- "Neftçi" SSRİ çempionatılnda oynayanda, yığmalara çağırılan xeyli futbolçu vardı. Təbii ki, bu zaman rəqabət vardı. İndisə ayrı, müstəqil çempionatlardı. Onların təkcə Rusiya yox, Avropada ölkə çempionatlarına çıxış etmələri üçün daxili çempionatınızda rəqabət olmalıdı. Bir "Qarabağ"la iş bitmir. Çempionatınızda 8 komanda çıxış edir. Bu da belə böyük ölkə, imkanlar üçün azdı. Ona görə hesab edirəm ki, minimum 12-16 komanda olmalıdı. Ümumilikdə bu istiqamətdə işləmək lazımdı. Təbii ki, futbolunuzu inkişaf etdirmək istəyirsinizsə.
- Ramil Şeyadeyvin çıxışı haqda nə deyə bilərsiniz? O, Azərbaycan millisini seçəndən sonra heç də yaxşı oyun göstərmir...
- Məncə, çox pesrsepktivli futbolçudu. Bu icarələr, bir ölkədən digərinə getmələr həlledici oldu. Bu, onu bir az onu geri saldı. Digər azərbacanlı futbolçu Ayaz Quliyev isə bizim yığmada çıxış edir. Oyunu çox xoşuma gəlir və düşünürəm ki, daha yaxşı oynayacaq (sport24.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Çumbinyo "Səbail"ə keçir?
- MillimizinHollandiya ilə oyununun vaxtı açıqlandı
- Badibanqa "Neftçi"yə keçir?
- AFFA Yurçeviçin Bakıdakı ilk oyununun vaxtını və rəqibi açıqladı
- Dibala PSJ-yə keçəcək
- Platellas rəsmən "Neftçi"də
- Yığmamız Türkiyə ilə qarşılaşacaq
- Seneqallı futbolçu: "Azərbaycandan təklif almışam"
- "Sumqayıt"ın üzvü Bakıda polisləri aldadıb: "Belə bir şey İsraildə olsaydı..."
- Canluka Sansonenin "Neftçi"yə keçidi ən qəribə transfer oldu!
- Bertuççi: "Neftçi"dən ayrılmalı deyildim"
- "Neftçi"nin müdafiəçisi Xorvatiya klubuna keçə bilər
- Millimiz Biliçin köməkçisinə tapşırılır?
- Azərbaycanlı futboçu İsveçrədə vəfat etdi
- Türkiyəli azarkeşlər azərbaycanlı iş adamını söydülər
-
01:54
Avroliqa: 1/8 finalçılar müəyyənləşdi
-
21:44
Kuman millidə işləyəcək
-
21:17
Çempionlar Liqasında həftənin rəmzi komandası
-
20:56
Nihat Kahveçi Azərbaycana gəlir
-
16:57
"Bavariya"lı "Liverpul"a qarşı oynamayacaq
-
16:47
Millimizin üzvü: "Səhvlərimizi düzəltməliyik"
-
16:15
"Qəbələ"nin sabiq futbolçusu həvəskar liqada
-
15:55
PSJ türk futbolçu ilə müqavilə imzaladı
-
15:32
"Qarabağ"a qol vuran Ukrayna klubunda
-
15:17
Yığmamızın üzvü çex klubunda
-
14:35
Azərbaycanla oyunöncəsi ciddi itkilər
-
14:19
Aleks "Fənər"də işləyəcək?
-
13:54
Maykl Essian və Deko Bakıya gəlir
-
13:20
Bojoviç Şeydayevdən danışdı
-
12:59
TPL: XIX turun oyun cədvəli açıqlandı
-
12:14
Çempionlar Liqasında ən yaxşı kim olacaq?
-
11:58
Turun ən yaxşı oyunçusu seçildi
-
11:44
TPL: XVII turun rəmzi komandası
-
11:30
Günün oyunları hansı kanalda?
-
01:57
"Yuventus" uduzdu, "Mançester Siti"dən 10 nəfələ əzmkar qələbə
-
00:36
Prosineçki: “Onlar da Azərbaycan kimi partlamamış bombadır”
-
00:14
“Sumqayıt”ın futbolçusu polislə bağlı açıqlamasına görə cəzalandırıldı
-
00:00
"Qəbələ" - "Keşlə" : 48-ci duel
-
22:51
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
-
18:10
"Qarabağ" Miçelsiz məşq etdi
-
17:21
Klublar Komitəsinə sədr seçiləcək
-
16:32
Fransa millisinin sabiq üzvü İsveçrədə
-
16:13
"Qalatasaray"la matçöncəsi müqavilə
-
15:16
Azərbaycanla görüşdə kimlər oynamayacaq?
-
15:00
"Spartak"ın azərbaycanlısı meydana çıxdı
-
14:38
Etopaz-da bu gün 27 canlı oyun
-
14:33
Millimizin sabiq oyunçusu bu klubla anlaşdı
-
14:19
PSJ fransalını göndərir
-
13:49
Valbuena "Zenit"ə qarşı oynamayacaq
-
13:33
"Mançester Siti"yə uduzsalar qovulacaq
-
12:53
"Yuventus"un futbolçusunun ürəyində problem aşkarlandı
-
12:34
Millimizin rəqibi yoxlama görüşü keçirəcək
-
12:14
Azar Zidana görə "Çelsi"də qalır?
-
12:00
"Qarabağ"ın sabiq futbolçusu yeni klubunda qalmadı
-
11:13
"İstədiyimiz nəticə olmadı"
-
11:00
Ramil Şeydayev: "Bütün gücümüzü ortaya qoymalıyıq"
-
10:46
Günün oyunları hansı kanalda?
-
10:33
Emil Balayev oynadı, "Tobol" "Rubin"ə qalib gəldi
-
01:51
Çempionlar Liqasında qolsuz 2 oyun
-
21:30
Millinin forvardı məşqlərə başladı
-
21:27
AFFA-dan "Səbail"ə 2400 manatlıq cərimə
-
15:35
"Elxan Məmmədovla razılığa gəldik"
-
15:20
İqor Mitreski: "Neftçi"nin çempionluğu haqda danışmaq tezdi"
-
15:00
Portuqaliyalı oyunçu nəhənglərin maraq dairəsində
-
14:28
Joze Mourinyo Fransada?